P

Prime Accessories Mağazalar Şəbəkəsi

Son tarix: 28 Avqust 2026

Brend menecer

Marketinq və SatışBakıTam Ştat28 İyul 2026142

1200

Vakansiya haqqında

Biz brendi yalnız idarə edən deyil, onu hiss edən, inkişaf etdirən və bazarda fərqləndirən bir lider axtarırıq.

Prime Accessories – yeniliklərə açıq, müştəri təcrübəsini və brend dəyərini ön planda tutan dinamik retail şirkətidir. Bizim üçün brend sadəcə məhsul deyil, müştərinin yaşadığı hissdir. Bu hissi formalaşdıracaq, brend strategiyasını gücləndirəcək və komandaya istiqamət verərək brendin satışını artıracaq dəyərli əməkdaş axtarırıq.

Hansı işləri görəcəksiniz:

  • Pərakəndə mağazalar qarşısında qoyulan hədəf və aylıq satış planlarının həyata keçirilməsinə dəstək olmaq;
  • Dəri proyekti ( çanta, cüzdan, kəmər, çamadan) bütün məhsulları tanımaq, onların qiymətini, özəllik və texniki parametrlərini bilmək; 
  • Məhsullar haqqında treninqlər keçirtmək, məhsulun texniki tərəfləri və satış standartı haqqında məlumat vermək;
  • Brend strategiyasının hazırlanması və həyata keçirilməsi;
  • Məhsul alışı zamanı malları vaxtında sifariş vermək;
  • Mal çeşidləri üzrə maksimal və minimal qalıqları təyin etmək;
  • Mağazaların aylıq satış planlarının qoyulmasında iştirak etmək, qoyulan aylıq planların yerinə yetirilməsini təqib etmək;
  • Satış və marketinq komandaları ilə birlikdə brendin satış performansına təsir edən layihələrin həyata keçirilməsi;
  • Bazar, rəqiblər və müştəri davranışlarının təhlil edilməsi;
  • Yeni məhsulların və kolleksiyaların bazara təqdim olunması prosesində iştirak;
  • Aylıq və rüblük hesabatların hazırlanması.

Namizəddən tələblər:

  • Ali təhsil (Marketinq, Biznes idarəçiliyi və ya əlaqəli sahələr üzrə);
  • Satış sahəsində, brend idarəçiliyi və ya kateqoriya menecer kimi 3 ildən yuxarı iş təcrübəsi;
  • Brend menecer və ya kateqoriya meneceri kimi qeyri-qida sahəsində təcrübəsi olanlara üstünlük veriləcək;
  • MS Office proqramlarını yaxşı səviyyədə bilmək ( xüsusilə Excel mütləqdir );
  • Rus və İngilis dili bilikləri mütləqdir;
  • Analitik düşünmə və bazar analiz bacarığı;
  • Təlim keçmək, təqdimat etmək bacarığı mütləqdir;
  • Kreativ düşüncə və güclü təqdimat bacarığı;
  • Komanda ilə işləmə və layihələri idarə etmə bacarığı.
  • Filial səfərlərinə hazır olmaq;

Biz sizə nələr təklif edirik:

  • Əmək haqqı: nett 1200-1500 Azn aralığında + əlavə bonuslar;
  • 5 günlük iş qarfiki;
  • Şirkət məhsullarını endirimlə əldə etmək imkanı;
  • Şirkət daxili təlim və inkişaf imkanları;
  • Karyera yüksəlişi imkanı.

Bizim komandaya necə qoşula bilərsiniz:

Əgər siz də öz potensialınıza güvənir və axtardığımız namizəd məhz sizsiniz deyirsizsə sizlə tanış ola bilməyimiz üçün öz CV-lərinizi “Brend menecer” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

Oxşar vakansiyalar