Müsahibə əsasında
Vakansiya haqqında
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası - AFFA brendinin dəyərinin və tanınmasının artırılması, yeni marketinq və kommersiya imkanlarının yaradılması, sponsor və tərəfdaşlarla əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də AFFA-nın UEFA və FIFA ilə marketinq istiqamətində əlaqələrinin effektiv şəkildə həyata keçirilməsini təmin etmək üçün Brend Menecer vəzifəsinə peşəkar namizəd axtarılır.
Əsas vəzifə öhdəlikləri:
- AFFA-nın brend strategiyasının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək, brendin inkişafını və vahid mövqeləndirilməsini təmin etmək;
- AFFA Brand Book və korporativ identikliyin bütün kommunikasiya kanallarında və layihələrdə düzgün tətbiqinə nəzarət etmək;
- AFFA-nın milli komandaları, yarışları, layihələri və yeni məhsulları üçün brend və marketinq konsepsiyalarının hazırlanmasını idarə etmək;
- Yeni marketinq və kommersiya məhsulları, layihələri və təşəbbüsləri irəli sürmək və onların hazırlanmasında iştirak etmək;
- AFFA-nın sponsorları və tərəfdaşları ilə marketinq, brendinq və aktivasiya layihələri üzrə əməkdaşlıq etmək;
- Sponsorluq paketləri, kommersiya təklifləri, təqdimatlar və digər marketinq materiallarının hazırlanmasında iştirak etmək;
- Sponsor və tərəfdaşların AFFA brendinə inteqrasiyasını və müqavilə üzrə marketinq aktivliklərinin həyata keçirilməsini koordinasiya etmək;
- Marketinq kampaniyalarının, kreativ layihələrin və brend aktivliklərinin hazırlanması və icrasında iştirak etmək;
- UEFA, FIFA və digər beynəlxalq futbol təşkilatları ilə marketinq, kommersiya, brendinq və futbolun inkişafı istiqamətində əməkdaşlıq etmək;
- UEFA və FIFA-nın beynəlxalq təcrübəsini, proqramlarını və yeni imkanlarını araşdıraraq AFFA üçün uyğun təşəbbüslər irəli sürmək;
- Rəhbərlik üçün marketinq və kommersiya təqdimatları, konsepsiyalar, hesabatlar və təkliflər hazırlamaq;
- Yerli və beynəlxalq bazarda marketinq, sponsorluq, brendinq və fan engagement trendlərini izləmək və yeni imkanlar müəyyənləşdirmək;
- Marketinq Departamentinin digər istiqamətləri ilə sıx əməkdaşlıq edərək layihələrin koordinasiyasını və effektiv icrasını təmin etmək;
- Tabeliyində olan əməkdaşların və layihə komandalarının işini koordinasiya etmək və zəruri hallarda onlara metodoloji dəstək göstərmək;
- Brend və marketinq layihələri üzrə büdcənin planlaşdırılmasında və effektiv istifadəsinə nəzarətdə iştirak etmək.
Namizədə tələblər:
- Ali təhsil;
- Marketinq, brend menecmenti, kommersiya və ya əlaqəli sahədə ən azı 3 il iş təcrübəsi;
- Brend strategiyasının hazırlanması və həyata keçirilməsi üzrə təcrübə;
- Marketinq və kommersiya layihələrinin idarə olunması üzrə praktiki təcrübə;
- Sponsorlar və biznes tərəfdaşları ilə əməkdaşlıq və danışıqlar aparmaq bacarığı;
- Təqdimatların, kommersiya təkliflərinin və layihə konsepsiyalarının yüksək səviyyədə hazırlanması;
- Kreativ düşüncə və yeni ideyalar irəli sürmək qabiliyyəti;
- Yüksək səviyyədə ingilis dili biliyi;
- Azərbaycan və ingilis dillərində yüksək səviyyədə yazılı və şifahi kommunikasiya bacarığı;
- MS Office proqramları, xüsusilə PowerPoint və Excel üzrə yaxşı istifadə bacarığı;
Üstünlük hesab olunur:
- İdman, futbol və ya sponsorluq sahəsində iş təcrübəsi;
- UEFA, FIFA və ya digər beynəlxalq idman təşkilatları ilə iş təcrübəsi;
İş şəraiti:
- Peşəkar və inkişafyönümlü iş mühiti;
İş qrafiki: 5 günlük iş həftəsi, həftədə 40 saat;
- Vəzifənin xüsusiyyətindən irəli gələrək tədbirlər, oyunlar və digər layihələr zamanı iş saatlarında çeviklik tələb oluna bilər;
Uyğun namizədlərdən CV-lərini “Brend Menecer” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyi xahiş olunur.
Oxşar vakansiyalar
Satış meneceri
City Media • Bakı
Digital Marketing Manager
bakutekstil • Bakı
Satış meneceri
ProfGigiyena MMC • Bakı
Bölgə müdiri
Olivia Beauty & Care • Bakı
Satış üzrə operator
NewCond • Bakı
Satış nümayəndəsi
East Trade MMC • Babək