N

NewCond

Son tarix: 14 Noyabr 2026

Satış üzrə operator

Marketinq və SatışBakıTam Ştat14 Oktyabr 2026109

500 ₼

Vakansiya haqqında

Newcond şirkəti satış komandamıza qoşulmaq üçün məsuliyyətli, ünsiyyətcil və işində dəqiq olan Satış üzrə operator axtarır.

İş öhdəlikləri

  • Daxil olan telefon zənglərini cavablandırmaq və müştərilərə operativ dəstək göstərmək;
  • Kondisioner sistemlərində istifadə olunan avadanlıq və materiallar, eləcə də satış qiymətləri barədə müştəriləri məlumatlandırmaq;
  • Zərurət yarandıqda satış prosesini həyata keçirmək;
  • Müştərilərin sifarişlərini və müraciətlərini qəbul etmək və qeydiyyatını aparmaq;
  • Müvafiq sənədləri hazırlamaq və rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirmək.

Namizədə tələblər

  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
  • Kondisioner sistemlərində istifadə olunan avadanlıq və materiallar haqqında ümumi biliklər;
  • Microsoft Excel, Word və 1C proqramlarında sərbəst işləmək bacarığı;
  • Sənədləşmə işlərini aparmaq və texniki məlumatlarla işləmək bacarığı;
  • Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti;
  • Məsuliyyətlilik, dəqiqlik, punktuallıq və nizam-intizam qaydalarına riayət etmək;
  • Komandada işləmək və müştərilərlə düzgün ünsiyyət qurmaq bacarığı.

Rus və ingilis dillərini bilən namizədlərə üstünlük verilir.

İş şəraiti

  • Əmək haqqı: 500 AZN
  • Əlavə qazanc: Satış nəticələrinə əsasən bonus;
  • İş qrafiki: Həftənin 5 günü, saat 10:00-dan 19:00-dək;
  • İstirahət günləri: Şənbə, bazar və bayram günləri;
  • İş yeri: Ofis şəraiti.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

Oxşar vakansiyalar