A

Azfen MMC

Son tarix: 17 Oktyabr 2026

Çən Quraşdırıcısı (tank erector)

İnşaat və MemarlıqBakıTam Ştat17 Sentyabr 202629

Müsahibə əsasında

Vakansiya haqqında

Əsas vəzifə və öhdəliklər

  • Hidravlik qaldırma sistemi ilə həyata keçirilən çən montajı işlərində metal konstruksiya elementlərinin quraşdırılmasını həyata keçirmək;
  • Çənlərin yuxarıdan aşağı istiqamətdə montajı zamanı metal lövhələrin (plakaların) layihə və texniki tələblərə uyğun quraşdırılmasını təmin etmək;
  • Montaj ediləcək metal lövhələrin düzgün ölçüləndirilməsinə, yerləşdirilməsinə və birləşməsinə diqqət yetirmək;
  • Qaynaq işlərinin aparılacağı sahələrin əvvəlcədən hazırlanmasını təmin etmək;
  • Qaynaq tikişlərinin hazırlanması üçün metal səthlərin təmizlənməsi, uyğunlaşdırılması və digər zəruri hazırlıq işlərini həyata keçirmək;
  • Montaj işlərini təsdiq edilmiş cizgi, texniki sənədlər və iş ardıcıllığına uyğun yerinə yetirmək;
  • Hər bir montaj mərhələsinin qısa müddətdə və keyfiyyətlə tamamlanmasını təmin etmək;
  • Montaj mərhələsi başa çatdıqdan sonra domkrat sisteminin növbəti qaldırma əməliyyatına hazırlanmasına dəstək olmaq;
  • Hidravlik qaldırma sistemi ilə montaj prosesi zamanı təhlükəsizlik məsafələrinə və müəyyən edilmiş iş ardıcıllığına riayət etmək;
  • Quraşdırılan elementlərin dayanıqlığına və düzgün yerləşdirilməsinə nəzarət etmək;
  • Quraşdırma işləri zamanı istifadə olunan alət və avadanlıqlardan düzgün istifadə etmək;
  • İş sahəsinin səliqəli və təhlükəsiz saxlanılmasını təmin etmək;
  • Əməyin mühafizəsi, təhlükəsizlik və SƏTƏM tələblərinə ciddi riayət etmək;
  • Rəhbər və ustanın verdiyi digər aidiyyəti tapşırıqları yerinə yetirmək.

Namizədə tələblər

  • Metal konstruksiyaların, çənlərin və iriölçülü metal elementlərin quraşdırılması üzrə iş təcrübəsi;
  • Metal lövhələrin quraşdırılması və birləşdirilməsi üzrə praktiki bacarıq;
  • Çən montajı və ya domkrat sistemi ilə həyata keçirilən qaldırma və montaj işlərində təcrübə üstünlükdür;
  • Qaynaq işlərinə hazırlıq və metal səthlərin hazırlanması üzrə praktiki bilik;
  • Texniki cizgilər və montaj sxemlərini oxuma bacarığı;
  • Əl alətləri və montaj avadanlıqlarından təhlükəsiz istifadə bacarığı;
  • Hündürlükdə və sənaye sahələrində işləmək bacarığı;
  • SƏTƏM və əməyin mühafizəsi qaydalarını bilməli və onlara riayət etməli;
  • Məsuliyyətli, intizamlı və operativ olmalı;
  • Komanda ilə işləmək bacarığı.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

Oxşar vakansiyalar