A
Azfen MMC
Çənlərin quraşdırılması üzrə topzaltı qaynaqçısı (Tank Installation Submerged Arc Welder)
Müsahibə əsasında
Vakansiya haqqında
Əsas vəzifə və öhdəliklər
- Avtomatik kəsim dəzgahlarının təhlükəsiz və düzgün şəkildə idarə olunmasını təmin etmək;
- Üfüqi çənlərin qaynaq tikişlərinin avtomatik qaynaq avadanlığı vasitəsilə həyata keçirilməsini idarə etmək;
- Tozaltı qaynaq avadanlığının düzgün sazlanmasını və iş rejiminə uyğun istifadəsini təmin etmək;
- Qaynaq parametrlərini verilmiş texniki tələblərə və təsdiq edilmiş qaynaq prosedurlarına uyğun tənzimləmək;
- Qaynaq işləri zamanı avadanlığın düzgün işləməsinə və qaynaq tikişlərinin keyfiyyətinə nəzarət etmək;
- Qaynaq işlərində istifadə olunan materialların və sərfiyyat vasitələrinin düzgün istifadəsini təmin etmək;
- Qaynaq avadanlıqlarının, avtomatik dəzgahların və iş sahəsinin təmizliyini təmin etmək;
- Qaynaq avadanlıqlarının gündəlik texniki baxışını və əsas texniki qulluq işlərini həyata keçirmək;
- Avadanlıqlarda aşkar edilmiş nasazlıqlar barədə dərhal rəhbərliyə məlumat vermək;
- Qaynaq avadanlıqlarını daim istismara hazır vəziyyətdə saxlamaq;
- İş zamanı əməyin mühafizəsi, təhlükəsizlik və SƏTƏM tələblərinə ciddi riayət etmək;
- Qaynaq işlərinin təsdiq edilmiş texnologiyaya, cizgilərə və texniki tələblərə uyğun yerinə yetirilməsini təmin etmək;
- Rəhbərlik tərəfindən verilən digər aidiyyəti tapşırıqları yerinə yetirmək.
Namizədə tələblər
- Tozaltı qaynaq (SAW) üzrə müvafiq peşə təhsili və ya sertifikat;
- Avtomatik qaynaq avadanlığı ilə işləmək üzrə praktiki təcrübə;
- Çənlərin, metal konstruksiyaların və iriölçülü metal məmulatların qaynağında təcrübə;
- Üfüqi çənlərin qaynaq işləri üzrə təcrübə üstünlükdür;
- Qaynaq avadanlığının sazlanması və iş parametrlərinin tənzimlənməsi üzrə bilik;
- Qaynaq prosedurları və texniki tələbləri oxuma və tətbiq etmə bacarığı;
- Qaynaq avadanlıqlarına gündəlik texniki qulluq və ilkin nasazlıqların müəyyən edilməsi üzrə bacarıq;
- SƏTƏM və təhlükəsizlik qaydalarını bilməli və onlara riayət etməli;
- Diqqətli, məsuliyyətli və intizamlı olmalı;
- Komanda ilə işləmək bacarığı.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Oxşar vakansiyalar
A
Bugün
Çən Quraşdırıcısı (tank erector)
Azfen MMC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Bugün
Mağazaların təmiri və texniki xidməti üzrə texniki mütəxəssislər - Gəncə şəhəri
Azza Gastronom • Gəncə
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Bugün
Texniki sənədləşmə üzrə mütəxəssis
AAC MMC • Bakı
Tam Ştat
700 ₼Müraciət et
A
Dünən
Hidravlik Qaldırma Sistemləri üzrə Nəzarətçi (Jack Superviser)
Azfen MMC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
R
Dünən
Fəhlə (anbarda mal yükləyici qaimə faktura üzrə)
Royal Foods MMC • Bakı
Tam Ştat
696 ₼Müraciət et
V
Dünən
Texniki Supervayzer
Veysəloğlu MMC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et