Metal Trade MMC
Çilingər - təmirçi usta
Müsahibə əsasında
Vakansiya haqqında
- Metal istehsalı müəssisəsində olan köhnə tipli tokar və frez dəzgahlarına "bir dəfəlik tam texniki baxış və təmir" üçün uzun illər təcrübəsi olan peşəkar usta axtarılır
- İş daimi deyil — bir dəfəlik baxış və ehtiyac yarandıqda təmir işidir
- Ödəniş dəzgahların vəziyyəti və görüləcək işin həcmi müəyyən edildikdən sonra razılaşdırılacaq
- Müraciət edən ustanın neçə il təcrübəsi olduğu, hansı müəssisələrdə işlədiyi və hansı növ dəzgahları təmir etdiyi barədə məlumat verməsi xahiş olunur.
- Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Neftçilər küçəsi, giriş 62
Tələblər:
- Tokar və frez dəzgahlarının təmiri üzrə uzunillik real təcrübə
- Köhnə tipli, mexaniki və klassik sənaye dəzgahlarını dərindən tanıması
- Nasazlığı yalnız təxmin etmədən, səbəbini dəqiq müəyyənləşdirə bilməsi
- Dəzgahların sökülməsi, yığılması, sazlanması və dəqiqliyinin yoxlanılması üzrə peşəkar bacarıq
- Müxtəlif istehsal müəssisələrində slesar-təmirçi və ya dəzgah təmirçisi kimi çalışmış olması
Vəzifə öhdəlikləri:
- Tokar və frez dəzgahlarına yerində ətraflı texniki baxış keçirmək
- Dəzgahların mexaniki nasazlıqlarını dəqiq müəyyənləşdirmək və bərpa etmək, bütün mexanizmləri yoxlamaq hər hansı bir çatışmazlığı və problemi bərpa etmək
- Sökülməsi tələb olunan hissələri sökmək, təmir etmək və düzgün yığmaq
- Dəyişdirilməli və ya hazırlanmalı detalların dəqiq siyahısını vermək
- Dəzgahları sazlamaq, sınaqdan keçirmək və işlək vəziyyətdə təhvil vermək
- Sonrakı istismar və profilaktik baxışla bağlı tövsiyələr vermək
Oxşar vakansiyalar
Çilingər
SQS Group MMC • Bakı
Elektrik və avtomatika üzrə təcrübəçi
Sentra QSC • Bakı
Memar-eksteryer
Company • Bakı
Tikinti üzrə kiçik mütəxəssis
METAK • Bakı
Memar (Qubadlı rayonu)
Amal Group • Qubadlı
Tokar
AZPROM • Abşeron