Natural Halı
Content Yaradıcısı-Mobiloqraf
Müsahibə əsasında
Vakansiya haqqında
Şirkət haqqında
Natural Halı — Azərbaycanda tanınan xalça brendlərindən biridir. Geniş məhsul çeşidimizlə həm fiziki mağaza, həm də sosial media üzərindən fəal satış həyata keçiririk. Bizim üçün kontent yalnız estetik vizual deyil, birbaşa satış alətidir — hər çəkiliş və hər paylaşım nəticədə satışı artırmağa xidmət etməlidir.
Vəzifənin mahiyyəti
Çəkilişdən paylaşıma qədər bütün prosesi təkbaşına idarə edəcək, satış yönümlü düşünən Mobiloqraf / Kontent mütəxəssisi axtarırıq. Bizə sadəcə "gözəl görüntü" yox, izləyicini müştəriyə çevirən kontent — güclü ideyalar, satışa təhrik edən çağırışlar (CTA) və nəticəni ölçmək bacarığı lazımdır.
Əsas vəzifə öhdəlikləri
* Satış yönümlü vizual kontent: Məhsulun üstünlüklərini, ölçüsünü, keyfiyyətini və interyerdə necə durduğunu aydın göstərən foto və videoların mobil telefonla çəkilməsi.
* İdeya və ssenari: Satışı artıracaq kontent konseptlərinin ("Bu məhsul niyə alınmalıdır?" məntiqli Reels/Story ssenariləri, kampaniya və yeni kolleksiya təqdimatları) hazırlanması.
* Kopyraytinq və Postinq: Güclü başlıq, vurğulayıcı təsvir və satışa yönəldən aydın çağırışlar (CTA: "Sifariş üçün yazın", "Linkə keçin" və s.) ilə postların hazırlanması və paylaşılması.
* Mobil Montaj: Çəkilmiş materialların mobil proqramlarda (CapCut, Lightroom Mobile və s.) dinamik və izləyicini saxlayan tempdə redaktə olunması.
* Kontent Planlama: Həftəlik və aylıq kontent planının satış hədəflərinə (mövsüm, endirim, yeni kolleksiya) uyğun tərtib edilməsi.
* Social Proof (Sosial Sübut): Müştəri sifarişləri, çatdırılma prosesi və razı qalan müştəri rəylərinin çəkilib operativ paylaşılması.
* Analitika və Optimizasiya: Reaksiya, şərh, mesaj və satışa çevrilmə (conversion) göstəricilərinin izlənməsi, hansı formatın daha çox satış gətirdiyinin təhlil olunması və strategiyanın buna uyğun tənzimlənməsi.
* Rəqib və Trend Təhlili: Sosial meydiada yalnız çox bəyənilən deyil, məhz satan formatların araşdırılması və tətbiqi.
Tələblər
* Mobil telefonla foto/video çəkiliş üzrə sübut olunmuş təcrübə (Portfolio mütləqdir).
* Kontentin satışa təsirini anlayan, nəticə yönümlü düşüncə tərzi.
* CapCut, InShot, Lightroom Mobile və ya bənzər mobil redaktə proqramlarında sərbəst işləmək bacarığı.
* Sosial media alqoritmləri, trend formatlar və satış hunisi (sales funnel) haqqında güncəl biliklər.
* Kreativ düşüncə — hazır şablonları təkrarlamaq yox, işləyən yeni formatlar təklif etmək qabiliyyəti.
* Çəkilişdən paylaşıma qədər olan bütün prosesi müstəqil idarə etmə bacarığı.
* Arzuolunandır: Pərakəndə satış (retail), e-ticarət və ya ev tekstili/interyer sahəsində satış yönümlü kontent təcrübəsi.
Müraciət qaydası
Müvafiq tələblərə cavab verən namizədlər CV və Portfoliolarını (Instagram/TikTok linkləri və ya satış nəticəsi göstərən nümunə videolar mütləqdir) mövzu hissəsində "Mobiloqraf" qeyd edərək [email protected] e-poçt ünvanına göndərə bilərlər.
Əməkhaqqı: 600 AZN maaş + 260 AZN yemək pulu + Performansa əsasən bonus
Oxşar vakansiyalar
Korporativ Satış Meneceri
AzTextile • Bakı
Sığorta üzrə Mütəxəssis
Sığortalı.az • Bakı
Resepşn / Kassir – Sənədləşmə üzrə əməkdaş
"XİNJİANG ZHONGSHİ AİRUİDE TRADİNG CO., LTD" ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASINDAKI FİLİALI • Abşeron
Satış mütəxəssisi
Admiral-inşaat • Bakı
Texniki işlər üzrə satış mütəxəssisi
Alumin MMC • Bakı
Satış Meneceri
Evo Light MMC • Bakı