A

Aqroman

Son tarix: 25 Sentyabr 2026

Cost Control / Cost Manager (Xərc Nəzarəti üzrə Mütəxəssis)

Maliyyə və MühasibatlıqBakıTam Ştat25 Avqust 202657

Müsahibə əsasında

Vakansiya haqqında

Əsas vəzifələr:

  • Layihələrin büdcələrinin hazırlanması və icrasına nəzarət;
  • Material, əmək, texnika və subpodrat xərclərinin izlənilməsi;
  • Faktiki xərclərin təsdiq edilmiş büdcə ilə müqayisəsi və kənarlaşmaların müəyyən edilməsi;
  • Artıq xərclənmələrin (overbudget) vaxtında aşkarlanması və rəhbərliyə bildirilməsi;
  • Layihələrin gəlirlilik və xərc göstəricilərinin təhlili;
  • Görülmüş işlərin həcmlərinin, aktların və ödənişlərin yoxlanılması;
  • Təchizatçı və subpodratçı ödənişlərinin nəzarətdə saxlanılması;
  • Layihə üzrə aylıq Cost Report və digər maliyyə/xərc hesabatlarının hazırlanması;
  • Büdcə, faktiki xərc və proqnoz göstəricilərinin təhlili;
  • Layihə rəhbərləri, mühasibatlıq, satınalma və digər şöbələrlə koordinasiya;
  • Xərclərin optimallaşdırılması və potensial maliyyə risklərinin müəyyən edilməsi;
  • Rəhbərliyə layihənin maliyyə vəziyyəti, mənfəətliliyi və mümkün itkiləri barədə mütəmadi məlumat təqdim edilməsi.

Namizədə tələblər:

  • Tikinti şirkətində Cost Control, Cost Manager, Project Controls, maliyyə və ya əlaqəli sahədə iş təcrübəsi;
  • Tikinti layihələrinin büdcə və xərc strukturunu anlamaq;
  • Excel proqramında yaxşı səviyyədə işləmək;
  • Büdcə və faktiki xərclərin müqayisəli təhlili bacarığı;
  • Analitik düşüncə və rəqəmlərlə işləmə qabiliyyəti;
  • Hesabat hazırlamaq və nəticələri rəhbərliyə təqdim etmək bacarığı;
  • Material, subpodrat və əmək xərcləri üzrə anlayış;
  • ERP/mühasibatlıq proqramları ilə işləmə təcrübəsi arzuolunandır;

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar