G

GL ASC

Son tarix: 4 Oktyabr 2026

Tovuz filialı üzrə Kredit Mütəxəssisi

Maliyyə və MühasibatlıqTovuzTam Ştat25 Avqust 202670

Vakansiya haqqında

Əsas vəzifə öhdəlikləri:

  • Satış və Məhsuldarlıq: Aktiv satışları təşkil etmək, potensial müştəriləri cəlb etmək və yeni satış metodları üzrə təkliflər vermək.

  • Portfelin İdarə Edilməsi: Kredit portfelinin keyfiyyətinə nəzarət etmək və müştərilərlə mütəmadi əlaqə saxlamaq.

  • Rəsmiləşdirmə: Müştəri müraciətlərini qəbul etmək, təhlil etmək, Kredit Komitəsinə təqdim etmək və sənədləşməni vaxtında/düzgün icra etmək.

  • Xidmət Keyfiyyəti: Müştəri məmnuniyyətini yüksək səviyyədə saxlamaq, daxil olan müraciət və şikayətləri operativ şəkildə yerində araşdırmaq.

Namizədə olan tələblər:

  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi (bank, bokt və ya lombard təcrübəsi olanlara üstünlük verilir);

  • Ali və ya natamam ali təhsil;

  • MS Office proqramlarında (xüsusilə Word və Excel) sərbəst işləmək bacarığı;

  • Yüksək ünsiyyət, müştəriyönümlülük və komandada işləmək qabiliyyəti.

İş şəraiti və Qazanc imkanı:

  • İş qrafiki: Bazar ertəsi – Cümə | 09:00 – 18:00

  • Başlanğıc kateqoriya: 400 AZN əsas əməkhaqqı + 800 AZN bonus (Cəmi: 1200 AZN)

  • Yuxarı kateqoriya: 600 AZN əsas əməkhaqqı + 1200 AZN bonus (Cəmi: 1800 AZN)

Müraciət qaydası: Tələblərə uyğun namizədlərdən mövzu hissəsində "Tovuz – Kredit Mütəxəssisi" qeyd edərək CV-lərini [email protected] ünvanına göndərmələri xahiş olunur.

Oxşar vakansiyalar