B

Baku Design Academy

Son tarix: 2 Oktyabr 2026

Creative Marketing Manager

Marketinq və SatışBakıTam Ştat2 Sentyabr 202633

Müsahibə əsasında

Vakansiya haqqında

BDA – Azərbaycanın aparıcı yaradıcı təhsil mərkəzidir. Beynəlxalq standartlarda peşə təhsili və beynəlxalq sertifikasiyalar (Adobe, Microsoft, Autodesk, Cisco, PMI və s.) təqdim edir. Ölkədən qlobal yarışlarda potensiallı namizədlərin iştirakını təmin edir və yerli istedadların beynəlxalq səviyyədə tanınmasına dəstək olur.

Yerli istedadların qlobal səhnədə tanınmasına şərait yaradır, beynəlxalq yarışlar və tədbirlər təşkil edir. 

Bu rolda əsas məqsəd şirkətin satış və kommunikasiya hədəflərinə uyğun marketinq kampaniyalarını planlamaq, kreativ konseptləri formalaşdırmaq və onların komanda ilə birlikdə keyfiyyətli və sürətli icrasını təmin etməkdir.

Biz sadəcə kreativ və vizual olaraq gözəl işlər hazırlayan deyil, nəticə verən reklam və marketinq kommunikasiyası yarada bilən Marketing Manager axtarırıq.

Əsas vəzifələr:

  • Şirkətin kommersiya hədəflərinə uyğun marketinq və reklam kampaniyalarının planlanması və icrası;
  • Kampaniyalar üçün kreativ ideya, konsept, mesaj, hook və formatların hazırlanması;
  • Satış yönümlü reklam kontenti ilə brand/PR yönümlü kontentin məqsəd və yanaşma fərqlərini anlayaraq düzgün kommunikasiya qurmaq;
  • Bir kampaniya üçün fərqli kreativ, hook, mesaj və formatların hazırlanması və test edilməsi;
  • Digital Expert-dən gələn nəticələr əsasında kreativ və kommunikasiya tərəfdə edilməli dəyişikliklərin müəyyənləşdirilməsi və yeni testlərin hazırlanması;
  • Designer, videographer, Reels/TikTok content creator və digər kreativ resursların işinin planlanması, koordinasiyası və nəticəsinə nəzarət;
  • Çəkilişlərin və reklam kontentlərinin ideyadan hazır materiala qədər bütün prosesinin idarə edilməsi;
  • Məqsəd və biznes ehtiyacını anlayaraq əlavə brief gözləmədən layihənin briefini hazırlamaq və komandanın icrasını təşkil etmək;
  • Məhsul kataloqu, kampaniya materialları, təqdimat və digər marketinq materiallarının məqsədə uyğun şəkildə hazırlanmasını təşkil etmək;
  • Yeni kampaniya, kommunikasiya, kontent və reklam ideyalarının proaktiv şəkildə təklif edilməsi;
  • Yerli və beynəlxalq reklam trendlərinin, rəqiblərin fəaliyyətinin, yeni format və platformaların davamlı araşdırılması və uyğun ideyaların tətbiqi;
  • Commercial Manager və Digital Expert ilə birlikdə marketinq fəaliyyətlərinin kommersiya nəticələrinə uyğun inkişaf etdirilməsi.

Namizəddən gözləntilərimiz:

  • Marketing, Advertising, Creative Marketing və ya əlaqəli istiqamətlərdə minimum 4 il relevant iş təcrübəsi;
  • Reklam kampaniyalarının ideyadan icraya qədər hazırlanması üzrə real təcrübə;
  • Əvvəlki işlərdən reklam və marketinq kampaniyalarını əks etdirən portfolio və real iş nümunələri;
  • Güclü kreativ və konseptual düşüncə ilə yanaşı nəticə yönümlü yanaşma;
  • Satış yönümlü reklam kommunikasiyasını və brand/PR kommunikasiyasını fərqləndirmək bacarığı;
  • CTR, CPL, conversion kimi əsas digital marketing göstəricilərini oxuyub anlamaq və nəticələr əsasında öz məsuliyyət sahəsində düzgün dəyişikliklər etmək bacarığı;
  • Creative testing məntiqini anlamaq və nəticəyə əsasən yeni kreativ yanaşmalar hazırlamaq;
  • Designer, videographer və content creator-lar üçün aydın və professional brief hazırlamaq bacarığı;
  • Çəkiliş və content production proseslərini planlamaq və idarə etmək təcrübəsi;
  • Trendləri sadəcə izləmək deyil, onları brend və satış məqsədlərinə uyğunlaşdırmaq bacarığı;
  • Güclü araşdırma qabiliyyəti — bilmədiyi mövzunu sürətli şəkildə araşdırıb həll və ideya tapa bilmək;
  • Brief və tapşırıq gözləmədən ehtiyacı görmək, təşəbbüs göstərmək və təkliflərlə çıxış etmək;
  • Yüksək məsuliyyət, sürətli icra və iş prosesində şəffaflıq.

Bu rolda bizə sadəcə verilən tapşırıqları icra edən Creative Marketing Manager deyil, qarşısındakı məqsədi anlayan, “nə hazırlayaq və necə hazırlayaq?” sualının cavabını özü qura bilən, kreativ ideyanı nəticə verən marketinq işinə çevirə bilən mütəxəssis lazımdır.

Maraqlanan namizədlərdən CV-lərini və idarə etdikləri 1–2 layihənin qısa təsvirini (konkret rolu, təsir göstərdiyi əsas göstəricilər və əldə olunan nəticələr) “Creative Marketing Manager| Ad Soyad” mövzu başlığı ilə, həmçinin arzu etdikləri əmək haqqı aralığını (minimum və maksimum məbləğ) qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Oxşar vakansiyalar