B

Baku Design Academy

Son tarix: 2 Oktyabr 2026

Senior Commercial Manager

Marketinq və SatışBakıTam Ştat2 Sentyabr 202651

Müsahibə əsasında

Vakansiya haqqında

BDA – Azərbaycanın aparıcı yaradıcı təhsil mərkəzidir. Beynəlxalq standartlarda peşə təhsili və beynəlxalq sertifikasiyalar (Adobe, Microsoft, Autodesk, Cisco, PMI və s.) təqdim edir. Ölkədən qlobal yarışlarda potensiallı namizədlərin iştirakını təmin edir və yerli istedadların beynəlxalq səviyyədə tanınmasına dəstək olur.

Yerli istedadların qlobal səhnədə tanınmasına şərait yaradır, beynəlxalq yarışlar və tədbirlər təşkil edir. 

Bu rolda əsas məqsəd şirkətin satışlarının sistemli şəkildə artırılması üçün kommersiya strategiyasını qurmaq, datanı analiz etmək və satış–marketinq fəaliyyətlərini vahid nəticə ətrafında idarə etməkdir.

Bu rol yalnız marketinq və ya yalnız satış rolu deyil — şirkətin gəlir artımına bütöv baxan və Sales, Marketing, Product və Digital istiqamətlərini kommersiya nəticəsi ətrafında birləşdirən strateji idarəetmə roludur.

Əsas vəzifələr:

  • B2C və B2B istiqamətləri üzrə satış və kommersiya strategiyalarının hazırlanması;
  • Satış hədəflərinin, əsas KPI-ların və fəaliyyət planlarının müəyyən edilməsi;
  • Satış nəticələrinin və marketinq datalarının mütəmadi təhlili, problemlərin və inkişaf imkanlarının müəyyənləşdirilməsi;
  • Reklam büdcəsi, ROAS, CAC, CPL, conversion və digər əsas göstəricilərin kommersiya nəticələri ilə birlikdə analiz edilməsi;
  • Hansı reklamların və kanalların nəticə verdiyini, hansılarının isə satış yaratmadığını müəyyənləşdirmək və səbəblərini analiz etmək;
  • Marketing Manager və outsource Digital Expert-in kommersiya strategiyası və nəticələr üzrə idarə və koordinasiya edilməsi;
  • Satış nəticələrini artırmaq üçün məhsulların, təkliflərin, qiymətləndirmənin və kampaniyaların inkişaf etdirilməsi ilə bağlı təşəbbüslərin hazırlanması;
  • Mövcud məhsulların satış potensialının qiymətləndirilməsi, satışın artırılması üçün məhsul və təkliflərdə edilməli dəyişikliklərin müəyyənləşdirilməsi;
  • Bazar və kommersiya potensialına əsasən yeni məhsul və istiqamətlərin müəyyənləşdirilməsi və bazara çıxarılma strategiyasının hazırlanması;
  • Satış funnel-inin bütün mərhələlərinin analiz edilməsi və conversion itkilərinin səbəblərinin müəyyənləşdirilməsi;
  • Revenue, gross margin, CAC, LTV, payback və digər əsas kommersiya göstəricilərinin təhlili;
  • Marketing və Sales komandalarının eyni kommersiya hədəfləri ətrafında koordinasiyası;
  • Problemləri yalnız müəyyən etmək deyil, onların həlli üçün konkret strategiya və fəaliyyət planı hazırlamaq.

Namizəddən gözləntilərimiz:

  • Commercial, Growth, Sales və ya Marketing istiqamətində minimum 5 il ümumi iş təcrübəsi, bunun ən az 2–3 ili senior/lead/manager səviyyəsində;
  • Satış və ya kommersiya nəticələrinə birbaşa cavabdeh olduğu iş təcrübəsi;
  • Əvvəlki iş təcrübəsində satış artımı, ROAS/CAC optimizasiyası, yeni məhsulun bazara çıxarılması və ya conversion artımı üzrə ölçülə bilən nəticələrin olması;
  • Güclü strateji və analitik düşüncə;
  • Satış və marketinq arasındakı əlaqəni dərindən anlamaq;
  • Digital marketing və performance marketing prinsiplərini praktik səviyyədə bilmək;
  • ROAS, CAC, CPL, conversion rate və digər əsas kommersiya göstəriciləri ilə sərbəst işləmək;
  • P&L və unit economics məntiqini anlamaq, revenue, gross margin, LTV və payback kimi göstəriciləri kommersiya qərarlarında istifadə edə bilmək;
  • Rəqəmlərə baxaraq problemin harada olduğunu müəyyənləşdirmək və həll yolu qurmaq bacarığı;
  • B2C və B2B satış modelləri üzrə strategiya və planlama təcrübəsi;
  • Məhsul və təkliflərə kommersiya gözü ilə baxmaq, satış potensialını qiymətləndirmək və inkişaf imkanlarını müəyyənləşdirmək bacarığı;
  • Komandanın işini yalnız idarə etmək deyil, onun keyfiyyətini professional səviyyədə qiymətləndirə bilmək;
  • Yüksək məsuliyyət, sürətli qərarvermə və icra qabiliyyəti;
  • İş prosesində şəffaflıq və nəticəyə fokuslanmaq.

Bu rolda bizə sadəcə prosesi idarə edən menecer deyil, rəqəmləri görən, səbəb–nəticəni anlayan, düzgün sualları verən və satış artımı üçün strategiyanı qura bilən senior kommersiya mütəxəssisi lazımdır.

Maraqlanan namizədlərdən CV-lərini və idarə etdikləri 1–2 layihənin qısa təsvirini (konkret rolu, təsir göstərdiyi əsas göstəricilər və əldə olunan nəticələr) “Senior Commercial Manager | Ad Soyad” mövzu başlığı ilə, həmçinin arzu etdikləri əmək haqqı aralığını (minimum və maksimum məbləğ) qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Oxşar vakansiyalar