Müsahibə əsasında
Vakansiya haqqında
Vəzifənin məqsədi:
- Şirkətin satış həcmlərinin artırılması, məhsulların satış nöqtələrində effektiv təqdimatının təmin edilməsi, brend görünürlüğünün gücləndirilməsi və satış kanallarında marketinq fəaliyyətlərinin səmərəli idarə olunması məqsədilə trade marketing strategiyalarının hazırlanması və həyata keçirilməsini təmin etmək.
Vəzifə öhdəlikləri:
- Topdan müştəri bazasının CRM sistemi üzərində effektiv şəkildə idarə edilməsi, müştəri məlumatlarının strukturlaşdırılması, aktual saxlanılması və mütəmadi olaraq yenilənməsinin təmin edilməsi;
- Müştəri davranışlarının – satınalma tezliyi, orta sifariş məbləği və ümumi satış dinamikasının analiz edilməsi; aktiv, passiv və riskli müştəri qruplarının vaxtında müəyyənləşdirilməsi və hesabatlandırılması;
- Satış komandasına prioritet müştəri siyahılarının hazırlanıb təqdim edilməsi; kampaniya və satış aksiyalarının müştərilərə düzgün şəkildə çatdırılmasının koordinasiyası və nəticələrinin ölçülməsi;
- Müştərilərdən daxil olan zənglərin qəbul edilməsi, müraciətlərin operativ şəkildə cavablandırılması və yaranan problemlərin CRM sistemi üzərindən effektiv şəkildə həll edilməsi və izlənməsi;
- Soyuq satış modelinə uyğun hazırlanacaq məhsul kataloqlarının strukturunun satış strategiyasına uyğun şəkildə formalaşdırılması, texniki idarə olunması və davamlı optimallaşdırılması;
- Məhsul məlumatlarının sistemli şəkildə toplanması, texniki xüsusiyyətlərin vahid standartlara uyğunlaşdırılması və kataloq yenilənmələrinin vaxtında və dəqiq şəkildə icrasına nəzarət edilməsi.
Tələblər:
- Minimum 1 ilə yaxın müvafiq sahə üzrə iş təcrübəsinə malik olmaq;
- CRM sistemlərində işləmə bacarığına sahib olmaq və bu sistemlərə operativ adaptasiya olunmaq
- MS Excel proqramında yüksək səviyyədə işləmək;
- Canva və ya PowerPoint vasitəsilə sadə, vizual olaraq səliqəli və satışa uyğun kataloq və təqdimatlar hazırlamaq bacarığı;
- Texniki məhsulları (elektronika, aksesuarlar və s.) sürətli mənimsəmək və mürəkkəb xüsusiyyətləri müştəri üçün sadə və anlaşılan dildə izah etmək;
- Azərbaycan dilində səlis danışmaq və peşəkar işgüzar yazışma aparmaq;
- Müştəri ilə ünsiyyətdə emosional balansı qorumaq və yaranan problemlərə operativ, düzgün həllər təqdim etmə bacarığı;
- Ali təhsilə malik olmaq (arzuolunandır);
- Analitik düşüncə və hesabatvermə qabiliyyəti.
Təminatlar:
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- Karyera yüksəlişi imkanı;
- Korporativ mobil nömrə.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “CRM mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərərək müraciət edə bilərlər.
Oxşar vakansiyalar
A
Bugün
Sosial media üzrə mütəxəssis
Aksent Design Group • Bakı
Tam Ştat
800 ₼Müraciət et
G
Bugün
Markentinq üzrə mütəxəssis
Group Motors • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
K
Bugün
Kommunal xidmətləri üzrə mütəxəssis
Kontakt Home • Bakı
Tam Ştat
1200 ₼Müraciət et
N
Bugün
Satış Administrasiyası üzrə Kiçik Mütəxəssis
Norm OJSC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
P
Bugün
Менеджер по продажам
Profex Group • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
T
Bugün
Sales Manager
The Club Port Baku • Bakı
Tam Ştat
1500 ₼Müraciət et