G

Group Motors

Son tarix: 13 Avqust 2026

Markentinq üzrə mütəxəssis

Marketinq və SatışBakıTam Ştat13 İyul 202661

Müsahibə əsasında

Vakansiya haqqında

Namizədə tələblər

  • Ali təhsil — Marketinq, Biznesin idarə edilməsi, İqtisadiyyat və ya əlaqəli sahələrə üstünlük verilir;
  • Marketinq sahəsində minimum 1–2 il iş təcrübəsi;
  • Azərbaycan dilində səlis, ingilis dilində ən azı orta — Intermediate səviyyədə bilik;
  • MS Office proqramlarında, xüsusilə Excel və PowerPoint proqramlarında sərbəst işləmək bacarığı;
  • B kateqoriyalı sürücülük vəsiqəsi və aktiv avtomobil idarəetmə bacarığı;
  • Sosial media platformaları və rəqəmsal marketinq prinsipləri haqqında ümumi bilik;
  • Avtomobil bazarı və avtomobil modelləri haqqında məlumatlı olmaq üstünlük hesab olunur.

Şəxsi keyfiyyətlər

  • Məsuliyyətli və intizamlı olmaq;
  • Yaradıcı və analitik düşüncə;
  • Komanda ilə işləmək bacarığı;
  • Vaxtın düzgün idarə edilməsi;
  • Yüksək ünsiyyət və koordinasiya bacarığı;
  • Stressə davamlılıq;
  • Operativ qərarvermə bacarığı;
  • Diqqətli və detallara həssas yanaşma.

Vəzifə öhdəlikləri

  • Marketinq agentliyi ilə gündəlik koordinasiyanı həyata keçirmək, hazırlanan kreativ materialların yoxlanılmasını, düzəlişlərin verilməsini və təsdiqini təmin etmək;
  • Sosial media paylaşımları üçün kontent planının hazırlanmasında iştirak etmək və icrasına nəzarət etmək;
  • Lazım olduqda sosial media paylaşımlarının və storilərin hazırlanmasını və paylaşılmasını təmin etmək;
  • Foto və video çəkilişlərini planlamaq, çəkiliş prosesi zamanı agentlik və videoqrafla koordinasiyanı həyata keçirmək;
  • Çəkilişlər üçün avtomobillərin vaxtında və düzgün şəkildə təqdim olunmasını təşkil etmək, zəruri hallarda avtomobilləri çəkiliş məkanına çatdırmaq;
  • Marketinq fəaliyyəti üzrə həftəlik, aylıq və digər hesabatları hazırlamaq;
  • Excel proqramında məlumatları işləmək, satış və marketinq göstəricilərini təhlil etmək və hesabatlar hazırlamaq;
  • Müxtəlif marketinq layihələri üzrə sənədlərin hazırlanmasını, imzalanmasını və aidiyyəti struktur bölmələrə təqdim edilməsini təmin etmək;
  • Marketinq şöbəsinə aid daxili və xarici yazışmaların koordinasiyasında iştirak etmək;
  • Rəhbərlik tərəfindən verilən marketinq tapşırıqlarını vaxtında və keyfiyyətlə icra etmək;
  • Şirkətin brendləri üzrə kampaniyaların həyata keçirilməsində aktiv iştirak etmək;
  • Digər şöbələr və tərəfdaş agentliklərlə effektiv əməkdaşlıq etmək.

İş şəraiti

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;
  • Korporativ mobil nömrə;
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
  • Stabil və dinamik iş mühiti;
  • Korporativ təlim və inkişaf imkanları.

Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "Marketinq üzrə mütəxəssis" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.

Oxşar vakansiyalar