P
PASHA Bank
Daxili Audit üzrə Aparıcı Auditor
Müsahibə əsasında
Vakansiya haqqında
Təsvir
- Audit layihəsi üçün İş Proqramının hazırlanmasında iştirak etmək;
- Audit Layihəsi çərçivəsində müəyyən olunmuş audit prosedurlarını həyata keçirmək (biznes proseslərin sahibləri ilə müsahibələr keçirmək, audit obyektindən məlumatı toplamaq, əldə olunan məlumatı təhlil etmək və s.) və aşkar olunmuş çatışmazlıqlar haqqında layihə rəhbərinə dərhal məlumat vermək;
- Sahə işi zamanı aparılmış təhlillər və müsahibələr barədə yazılı iş sənədi hazırlamaq;
- Audit layihələri üzrə hesabatların hazırlanmasında iştirak etmək;
- Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün Şirkətin rəhbərliyi tərəfindən hazırlanmış tədbirlər planının icrasının monitorinqini həyata keçirmək;
- Daxili Audit Departamentinin direktoru tapşırığı ilə Daxili Audit Departamentinin fəaliyyəti ilə bağlı icmal hesabatların hazırlanmasında iştirak etmək;
- Audit üzrə iş və vaxt bölgüsü hesabatının (Retain management) hazırlanmasında iştirak etmək;
- Layihə rəhbəri və ya Daxili Audit Departamentinin direktoru tərəfindən həvalə olunan digər tapşırıqları səlahiyyət çərçivəsində yerinə yetirmək.
Tələblər
- Təhsil: Ali iqtisadi və ya hüquqi təhsil (ali təhsil digər ixtisaslar üzrə olduqda əlaqədar sahələrdə minimum 4 illik təcrübə);
- Müvafiq iş təcrübəsi: 2 ildən artıq;
- Audit prosedurlarını həyata keçirmək üçün müvafiq sektor və biznes proseslər üzrə biliklərin olması;
- Şirkətin fəaliyyət sahəsini tənzimləyən dövlət icra orqanının tərtib etdiyi normativ və hüquqi sənədlər üzrə biliklərin olması;
- Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları;
- Kompüter savadlığı və müvafiq proqram təminatı (MS Windows məhsulları, xüsusi audit proqram təminatı üzrə) ilə işləmək baçarığı;
- Ezamiyyələrdə iştirak etmək imkanı;
- Dil: Azərbaycan və ingilis dillərini işgüzar səviyyədə mükəmməl bilməli.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Oxşar vakansiyalar
C
Bugün
Kredit mütəxəssisi
Caspian Finance BOKT • Bakı
Tam Ştat
500 ₼Müraciət et
P
Bugün
Daxili Audit üzrə Baş Auditor
PASHA Bank • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
P
Bugün
Daxili Audit üzrə Auditor Köməkçisi
PASHA Bank • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Bugün
Kredit mütəxəssisi (Bölgə filialları)
ASEL Kredit • Şəki
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
P
Bugün
Daxili Audit üzrə Menecer
PASHA Bank • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
R
Bugün
Maliyyə analitiki
Respublika Diaqnostika Mərkəzi • Bakı
Tam Ştat
1500 ₼Müraciət et