P

PASHA Bank

Son tarix: 31 Avqust 2026

Daxili Audit üzrə Baş Auditor

Maliyyə və MühasibatlıqBakıTam Ştat31 İyul 202654

Müsahibə əsasında

Vakansiya haqqında

Təsvir

  • Audit layihəsi üçün İş Proqramının hazırlanmasında iştirak etmək;
  • Audit layihəsi zamanı çatışmazlıqların aşkar edilməsi üçün audit prosedurlarının həyata keçirilməsini təmin etmək;
  • Audit layihələri üzrə hesabatlarının düzgün, keyfiyyətli və effektiv tərzdə hazırlamaq;
  • Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün Şirkət rəhbərliyi tərəfindən hazırlanmış tədbirlər planının icrasının monitorinqini həyata keçirmək;
  • Daxili Audit Departamenti direktorunun tapşırığı ilə Daxili Audit Departamentinin fəaliyyəti ilə bağlı icmal hesabatlarının hazırlanmasında iştirak etmək;
  • Audit üzrə iş və vaxt bölgüsü hesabatının (Retain management) hazırlanmasında iştirak etmək;
  • İştirak etdiyi audit layihəsi çərçivəsində rəhbərlik etdiyi əməkdaşların işinin qiymətləndirilməsində iştirak etmək;
  • Layihə rəhbəri və ya Daxili Audit Departamentinin direktoru tərəfindən həvalə olunan digər tapşırıqları səlahiyyət çərçivəsində yerinə yetirmək.

Tələblər

  • Təhsil: Ali iqtisadi və ya hüquqi təhsil (ali təhsil digər ixtisaslar üzrə olduqda əlaqədar sahələrdə minimum dörd illik təcrübə);
  • Müvafiq iş təcrübəsi: 3 ildən artıq ümumi, 2 ildən artıq audit funksiyasında;
  • Audit prosedurlarını həyata keçirmək üçün müvafiq sektor və biznes proseslər üzrə biliklərin olması;
  • Daxili prosedurlar, Şirkət tərəfindən təklif edilən məhsullar və həmin prosedurlara/məhsullara edilmiş dəyişikliklər haqda məlumatlı olmaq;
  • Şirkətin fəaliyyət sahəsini tənzimləyən dövlət icra orqanının tərtib etdiyi normativ və hüquqi sənədlər üzrə biliklərin olması;
  • Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları;
  • Kompüter savadlığı və müvafiq proqram təminatı (MS Windows məhsulları xüsusi audit proqram təminatı üzrə) ilə işləmək bacarığı;
  • Ezamiyyələrdə iştirak etmək imkanı;
  • Dil: Azərbaycan və ingilis dillərini işgüzar səviyyədə mükəmməl bilməli.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Oxşar vakansiyalar