A
AZCD Group QSC
Daxili Auditor (inşaat sahəsi)
Müsahibə əsasında
Vakansiya haqqında
Əsas vəzifə məqsədi
- Podratçılar, təchizatçılar və xidmət göstərən təşkilatlar tərəfindən təqdim olunan kommersiya təkliflərinin, qiymət cədvəllərinin və müqavilə şərtlərinin təhlil edilməsi, bazar qiymətləri ilə müqayisəsinin aparılması, maliyyə risklərinin müəyyən edilməsi və sifarişçi maraqlarının qorunmasının təmin edilməsi.
Vəzifə öhdəlikləri
- Podratçılar tərəfindən təqdim edilən qiymət təkliflərini, smeta və kalkulyasiyaları təhlil etmək və qiymətləndirmək.
- Təklif olunan material, avadanlıq və xidmət qiymətlərini cari bazar qiymətləri ilə müqayisə etmək və əsaslandırılmamış qiymət artımlarını müəyyən etmək.
- Müqavilələr üzrə kommersiya risklərini qiymətləndirmək və risklərin azaldılması ilə bağlı təkliflər hazırlamaq.
- Satınalma və tədarük sənədlərinin kommersiya hissələrinin ekspertizasını həyata keçirmək.
- Tender iştirakçılarının maliyyə və kommersiya təkliflərinin müqayisəli təhlilini aparmaq və qiymətləndirmə hesabatları hazırlamaq.
- Podratçılar tərəfindən təqdim edilən dəyişiklik sifarişlərinin (Variation Orders) maliyyə əsaslandırmalarını yoxlamaq və rəy vermək.
- Layihə üzrə istifadə olunan material və avadanlıqların qiymətlərinin bazar araşdırmasını aparmaq və müvafiq məlumat bazasını formalaşdırmaq.
- Müqavilə qiymətlərinin bazar şəraitinə uyğunluğunu mütəmadi olaraq monitorinq etmək.
- Podratçılarla kommersiya danışıqlarında iştirak etmək və sifarişçinin maraqlarını qorumaq.
- Qiymətlərin formalaşmasına təsir edən iqtisadi göstəriciləri, bazar dəyişikliklərini və inflyasiya təsirlərini izləmək.
- Layihə üzrə xərclərin optimallaşdırılması üçün təkliflər hazırlamaq.
- Müqavilə öhdəliklərinin maliyyə və kommersiya aspektlər üzrə icrasına nəzarət etmək.
- Aşkar edilmiş uyğunsuzluqlar, artıq qiymətləndirmələr və maliyyə riskləri barədə rəhbərliyə hesabatlar təqdim etmək.
- Müqavilələrin kommersiya şərtlərinin tətbiqinə nəzarət etmək və zərurət yarandıqda düzəlişlər təklif etmək.
- PMC Departamentinin digər struktur bölmələri ilə koordinasiyalı şəkildə fəaliyyət göstərmək və tələb olunan analitik məlumatları təqdim etmək.
- Maliyyə sənədlərinin (hesab-fakturalar, ödənişlər, aktlar) düzgünlüyünü yoxlamaq
- Xərclərin əsaslandırılmasını və təsdiq zəncirini audit etmək
- Sənədlərdə uyğunsuzluq və saxtakarlıq risklərini müəyyən etmək
- Material, avadanlıq və xidmət xərclərinin bazar qiymətlərinə uyğunluğunu analiz etmək.
Tələb olunan bilik və bacarıqlar
- Müqavilələrin idarə edilməsi üzrə biliklər;
- İnşaat sahəsində ali təhsil;
- Tender və satınalma prosedurları üzrə biliklər;
- Qiymət təhlili və xərc analizinin aparılması bacarığı;
- Excel və maliyyə modelləşdirmə bacarıqları;
- Tikinti, EPC, PMC, sənaye və ya infrastruktur layihələrində kommersiya təcrübəsi;
- Analitik düşüncə və danışıqlar aparmaq bacarığı;
- Bazar araşdırması və qiymət monitorinqi sahəsində təcrübə.
Əmək şəraiti:
- Pozitiv və dəstəkləyici iş mühiti
- İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün)
- İş vaxtı: 09:00-18:00
- Könüllü tibbi sığorta
- Əmək haqqı işçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Daxili Auditor” yazaraq Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərmələri xahiş olunur.
Oxşar vakansiyalar
A
Bugün
Maliyyə Planlaması və hesabatlığı üzrə mütəxəssis
Avromed Company MMC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
L
Bugün
Mühasib
Libraff • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
P
Bugün
Tənzimləyici Hesabatlılıq şöbəsinin Mütəxəssisi
PASHA Bank • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Bugün
Lizinq Mütəxəssisi (Quba, Qusar, Beyləqan və Ağcabədi)
Azera Holding • Ağcabədi
Tam Ştat
1000 ₼Müraciət et
L
Bugün
1C Operatoru
Libraff • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
E
Bugün
Mühasib-operator / Бухгалтер-оператор
Expert SM Bookkeeping and Consulting MMC • Bakı
Təcrübə
900 ₼Müraciət et