A

AZCD Group QSC

Son tarix: 12 İyul 2026

Daxili Nəzarət və Qiymət Auditi üzrə Mütəxəssis

Maliyyə və MühasibatlıqBakıTam Ştat12 İyun 2026144

Müsahibə əsasında

Vakansiya haqqında

Əsas vəzifə məqsədi

  • Podratçılar, təchizatçılar və xidmət göstərən təşkilatlar tərəfindən təqdim olunan kommersiya təkliflərinin, qiymət cədvəllərinin və müqavilə şərtlərinin təhlil edilməsi, bazar qiymətləri ilə müqayisəsinin aparılması, maliyyə risklərinin müəyyən edilməsi və sifarişçi maraqlarının qorunmasının təmin edilməsi.

Vəzifə öhdəlikləri

  • Podratçılar tərəfindən təqdim edilən qiymət təkliflərini, smeta və kalkulyasiyaları təhlil etmək və qiymətləndirmək.
  • Təklif olunan material, avadanlıq və xidmət qiymətlərini cari bazar qiymətləri ilə müqayisə etmək və əsaslandırılmamış qiymət artımlarını müəyyən etmək.
  • Müqavilələr üzrə kommersiya risklərini qiymətləndirmək və risklərin azaldılması ilə bağlı təkliflər hazırlamaq.
  • Satınalma və tədarük sənədlərinin kommersiya hissələrinin ekspertizasını həyata keçirmək.
  • Tender iştirakçılarının maliyyə və kommersiya təkliflərinin müqayisəli təhlilini aparmaq və qiymətləndirmə hesabatları hazırlamaq.
  • Podratçılar tərəfindən təqdim edilən dəyişiklik sifarişlərinin (Variation Orders) maliyyə əsaslandırmalarını yoxlamaq və rəy vermək.
  • Layihə üzrə istifadə olunan material və avadanlıqların qiymətlərinin bazar araşdırmasını aparmaq və müvafiq məlumat bazasını formalaşdırmaq.
  • Müqavilə qiymətlərinin bazar şəraitinə uyğunluğunu mütəmadi olaraq monitorinq etmək.
  • Podratçılarla kommersiya danışıqlarında iştirak etmək və sifarişçinin maraqlarını qorumaq.
  • Qiymətlərin formalaşmasına təsir edən iqtisadi göstəriciləri, bazar dəyişikliklərini və inflyasiya təsirlərini izləmək.
  • Layihə üzrə xərclərin optimallaşdırılması üçün təkliflər hazırlamaq.
  • Müqavilə öhdəliklərinin maliyyə və kommersiya aspektlər üzrə icrasına nəzarət etmək.
  • Aşkar edilmiş uyğunsuzluqlar, artıq qiymətləndirmələr və maliyyə riskləri barədə rəhbərliyə hesabatlar təqdim etmək.
  • Müqavilələrin kommersiya şərtlərinin tətbiqinə nəzarət etmək və zərurət yarandıqda düzəlişlər təklif etmək.
  • PMC Departamentinin digər struktur bölmələri ilə koordinasiyalı şəkildə fəaliyyət göstərmək və tələb olunan analitik məlumatları təqdim etmək.
  • Maliyyə sənədlərinin (hesab-fakturalar, ödənişlər, aktlar) düzgünlüyünü yoxlamaq
  • Xərclərin əsaslandırılmasını və təsdiq zəncirini audit etmək
  • Sənədlərdə uyğunsuzluq və saxtakarlıq risklərini müəyyən etmək
  • Material, avadanlıq və xidmət xərclərinin bazar qiymətlərinə uyğunluğunu analiz etmək.

 Tələb olunan bilik və bacarıqlar

  • Müqavilələrin idarə edilməsi üzrə biliklər;
  • Tender və satınalma prosedurları üzrə biliklər;
  • Qiymət təhlili və xərc analizinin aparılması bacarığı;
  • Excel və maliyyə modelləşdirmə bacarıqları;
  • Tikinti, EPC, PMC, sənaye və ya infrastruktur layihələrində kommersiya təcrübəsi;
  • Analitik düşüncə və danışıqlar aparmaq bacarığı;
  • Bazar araşdırması və qiymət monitorinqi sahəsində təcrübə.

Əmək şəraiti:

  • Pozitiv və dəstəkləyici iş mühiti
  • İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün)
  • İş vaxtı: 09:00-18:00
  • Könüllü tibbi sığorta
  • Əmək haqqı işçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Daxili Nəzarət və Qiymət Auditi üzrə Mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərmələri xahiş olunur.

Oxşar vakansiyalar