M

My Group Holding MMC

Son tarix: 12 İyul 2026

Maliyyə analitikası və hesabatlıq üzrə mütəxəssis

Maliyyə və MühasibatlıqBakıTam Ştat12 İyun 2026101

Müsahibə əsasında

Vakansiya haqqında

Əsas vəzifə öhdəlikləri:

  • Şirkətin maliyyə göstəriciləri üzrə gündəlik, həftəlik, aylıq və illik hesabatların hazırlanması;
  • Maliyyə məlumatlarının toplanması, emalı və təhlilinin həyata keçirilməsi;
  • Büdcə, faktiki nəticələr və plan göstəriciləri üzrə müqayisəli analizlərin aparılması;
  • Rəhbərlik üçün analitik hesabatların, təqdimatların və dashboardların hazırlanması;
  • Maliyyə nəticələrinin təhlili əsasında təklif və tövsiyələrin hazırlanması;
  • Müxtəlif mənbələrdən daxil olan məlumatların düzgünlüyünün yoxlanılması və konsolidasiyası;
  • Power BI platformasında interaktiv hesabatların və vizuallaşdırma alətlərinin yaradılması və inkişaf etdirilməsi;
  • Mövcud hesabat sistemlərinin təkmilləşdirilməsi və avtomatlaşdırılması istiqamətində təkliflərin verilməsi;
  • Satış, əməliyyat və digər biznes göstəricilərinin maliyyə təhlilinin aparılması;
  • KPI göstəricilərinin hazırlanması, izlənilməsi və nəticələrinin təhlili;
  • Hesabatların vaxtında və dəqiq təqdim edilməsinin təmin edilməsi;
  • Maliyyə şöbəsinin fəaliyyətinə dair digər analitik və hesabatlıq tapşırıqlarının yerinə yetirilməsi.

Tələblər:

  • Maliyyə, İqtisadiyyat, Mühasibatlıq və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Maliyyə analitikası və ya hesabatlıq sahəsində iş təcrübəsi;
  • Power BI proqramında dashboard və hesabatların hazırlanması üzrə praktiki bilik;
  • Excel proqramında yüksək səviyyədə işləmək bacarığı;
  • Analitik düşünmə, məlumatların təhlili və problem həll etmə bacarığı;
  • Maliyyə göstəricilərinin şərh edilməsi və təqdim edilməsi bacarığı;
  • Məsuliyyətlilik, diqqətlilik və nəticəyönümlülük.

İş şəraiti

  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən təyin ediləcəkdir.
  • İş qrafiki: I-V günlər (09:00-18:00); İstirahət günləri: şənbə və bazar.
  • İş yeri: H.Əliyev pr.152, Çinar Plaza.

Uyğun namizədlər CV fomalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissədə “Maliyyə analitikası və hesabatlıq üzrə mütəxəssis” adını qeyd edərək göndərə bilərlər.

Oxşar vakansiyalar