Z

Zeytun Pharmaceuticals

Son tarix: 21 Avqust 2026

Daxili Təchizat üzrə Mütəxəssis

Logistika və TəchizatBakıTam Ştat21 İyul 2026101

1300

Vakansiya haqqında

Ümumi tələblər

  • Təhsil: Ali
  • Təcrübə: Müvafiq sahədə 3 ildən yuxarı
  • Proqram bilikləri: MS Office (MS Excel, MS Word, MS Outlook) proqramlarından sərbəst istifadə qabiliyyəti;
  • Dil bilikləri: Azərbaycan dili, Rus dili
  • Cəldlik, problemləri həll etmə bacarığı, analitik düşüncə tərzi, riyazi biliklər, yüksək səviyyədə ünsiyyət və təqdimat bacarığı

Vəzifə öhdəlikləri

  • Göndərilən gündəlik sifarişlərin qəbulu və 1C sistemində qeydiyyatı
  • Dərman vasitələri, tibbi ləvazimatlar və reaktivlər üzrə realizasiya sənədlərinin hazırlanması
  • Problemli qaimələrin araşdırılması və həlli
  • Mühasibatlıq tərəfindən düzəliş tələb olunan sənədlərin yoxlanılması
  • Sifarişlərə uyğun məhsulların yerli bazardan təmin olunması
  • Bazarda olmayan məhsullar üzrə alternativ təchizatçıların araşdırılması
  • Yerli şirkətlərlə əməkdaşlıq və sifarişlərin yerləşdirilməsi
  • Məhsulların satış qiymətlərinin müəyyənləşdirilməsi
  • Mədaxil sənədlərinin hazırlanması və 1C sistemində qeydiyyat
  • Tələb olunan məhsullar üzrə stok qalığının mütəmadi izlənilməsi
  • Son istifadə tarixlərinin nəzarətdə saxlanılması
  • Anbarında olan məhsulların idarə olunması

İş şəraiti:

  • İş yeri - BEGOC Biznes Mərkəzi (Ünvan: Bakı, Zərifə Əliyeva küç., 93);
  • 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək;
  • Nahar və Tibbi sığorta şirkət tərəfindən təmin olunur;
  • Əmək Haqqı: 1300-1500 AZN (Namizədin təcrübəsindən asılı olaraq)

Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.

Oxşar vakansiyalar