T

TAİS İKF

Son tarix: 21 Avqust 2026

Su təchizatı və su təmizləmə sistemləri üzrə mütəxəssis

Logistika və TəchizatBakıTam Ştat21 İyul 202647

Müsahibə əsasında

Vakansiya haqqında

TAİS-İKF MMC komandamıza məsuliyyətli və təcrübəli “Su təchizatı və su təmizləmə sistemləri üzrə mütəxəssis” axtarırıq.

Vəzifə öhdəlikləri:

  • Müştəri obyektlərinə baxış keçirmək və mövcud su təchizatı sistemini qiymətləndirmək
  • Suyun istifadə məqsədini, sərfiyyatını, təzyiqini və obyektin texniki şərtlərini müəyyən etmək
  • Su analizinin nəticələrinə və obyektin ehtiyaclarına əsasən uyğun BWT həllərinin seçilməsində iştirak etmək
  • Filtrasiya, su yumşaltma və digər su təmizləmə sistemləri üzrə texniki hesablamalar aparmaq
  • Avadanlığın məhsuldarlığını, gücünü və tələb olunan konfiqurasiyanı müəyyən etmək
  • Su təchizatı və avadanlığın qoşulması üzrə texniki sxem və spesifikasiyalar hazırlamaq
  • Kommersiya təkliflərinin texniki hissəsinin hazırlanmasında satış komandasına dəstək göstərmək
  • Layihə, satış, təchizat və servis komandaları ilə koordinasiyalı işləmək
  • Quraşdırma işlərinin hazırlanmış texniki həllə uyğun həyata keçirilməsinə nəzarət etmək

Namizədə tələblər:

  • Su təchizatı, mühəndis kommunikasiya sistemləri və ya müvafiq mühəndislik istiqaməti üzrə ali təhsil
  • Su təchizatı sistemlərinin layihələndirilməsi və texniki hesablanması üzrə biliklər
  • Su sərfiyyatı, təzyiq, boru xətləri, filtrasiya və su təmizləmə prinsipləri haqqında biliklər
  • Texniki sxem, layihə və avadanlıq spesifikasiyaları ilə işləmək bacarığı
  • AutoCAD proqramında işləmək bacarığı
  • MS Excel və texniki hesablama proqramlarında işləmə bacarığı
  • Analitik düşüncə, texniki məsələlərin təhlili və həlli, həmçinin əlaqəli şöbələrlə koordinasiyalı işləmək bacarığı
  • İngilis və ya rus dili biliyi üstünlük hesab olunur

İş şəraiti:

  • İş qrafiki: 5 günlük iş rejimi
  • Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir
  • İş yeri: TAİS-İKF MMC

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Su təchizatı və su təmizləmə sistemləri üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar