V

Veysəloğlu-Rossmann

Son tarix: 24 İyul 2026

Debitor borcları və kommersiya gəlirləri üzrə mühasib

Maliyyə və MühasibatlıqBakıTam Ştat24 İyun 2026162

Müsahibə əsasında

Vakansiya haqqında

Vəzifə öhdəlikləri:

  • Debitor borclarının yaranması, hərəkəti və bağlanması üzrə uçot proseslərini həyata keçirmək
  • Debitor və kreditor hesablaşmaları üzrə məlumatların hazırlanması, yoxlanılması və təhlilini həyata keçirmək;
  • Debitor və kreditorlarla üzləşmələrin (üzləşmə aktlarının) hazırlanması, göndərilməsi və nəticələrinin izlənilməsini təmin etmək;
  • Qarşı tərəflərlə hesablaşmalar üzrə yaranmış uyğunsuzluqları araşdırmaq və aradan qaldırılması üçün müvafiq tədbirlər görmək
  • Mühasibat sənədlərinin (hesab-faktura, akt, müqavilə və digər ilkin sənədlərin) düzgünlüyünü yoxlamaq və sistemdə işlənməsini təmin etmək;
  • Aylıq bağlanış proseslərində iştirak etmək və tələb olunan məlumatları hazırlamaq;

Namizədə tələblər: 

  • Ali təhsil(Maliyyə, mühasibatlılıq).
  • Müvafiq sahə üzrə minimum 2-3 il iş təcrübəsi.
  • Yaxşı səviyyədə MS Excel biliyi olmalı
  • Analitik düşüncə, Komandada işləmək bacarığı.
  • Maliyyə və Mühasibatlıq sahəsi üzrə sertifikatların (ACCA) olması mütləqdir.

Digər məlumatlar:

  • Nahar və servis ilə təmin edilmə
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı
  • 5 günlük tam iş qrafiki
  • Korporativ mobil nömrə

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Debitor borcları və kommersiya gəlirləri üzrə mühasib” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər

Oxşar vakansiyalar