E

Express Bank

Son tarix: 24 İyul 2026

Mikro kreditlər üzrə qrup rəhbəri (Bakı filialları üzrə)

Maliyyə və MühasibatlıqBakıTam Ştat24 İyun 202655

Müsahibə əsasında

Vakansiya haqqında

Təsvir

  • Mikro kreditlərə dair prosedurların və daxili normativ sənədlərin icrasına nəzarət edilməsi;
  • Mikro kredit məhsullarının satışı prosesinin keyfiyyətli şəkildə təşkil edilməsi və icra olunmasına nəzarət edilməsi;
  • Mikro kredit məhsulları üzrə mövcud il üçün təsdiqlənmiş və Bankın büdcə planında nəzərdə tutulmuş satış planlarının həyata keçirilməsinə nəzarət edilməsi;
  • Müvafiq Kredit Komitəsinə təqdim olunan mikro kredit sifarişlərinin təhlilində, müzakirələrdə iştirak və öz rəyinin təqdim olunması;
  • Filialın mikro kreditlər portfelinin təhlil edilməsi, müvafiq hesabatların hazırlanması və portfelə nəzarət edilməsi;
  • Mikro kredit sahəsində çalışan filialdakı qrup əməkdaşlarının işgüzar fəallığının gündəlik qiymətləndirilməsinin aparılması və bununla bağlı hesabatların (həftəlik) hazırlanması;
  • Mikro kredit sahəsi üçün təçrübəçilərin hazırlanmasında iştirak;
  • Bankın normativ aktları və sərəncam xarakterli sənədlərinə müvafiq olaraq digər funksiyaların yerinə yetirilməsi.

Tələblər

  • Ali təhsil;
  • Kredit sahəsində 4 ildən çox iş təcrübəsi;
  • Təhliletmə bacarığı, idarəetmə qabiliyyəti;
  • Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;
  • Ünsiyyətqurma və komandada işləmək bacarığı.

Vakansiya növü - Tam ştat

İmtiyazlar

  • Tibbi sığorta
  • Bilik və bacarıqların təkmilləşdirilməsi üzrə təlimlər;
  • Professional və maddi inkişaf perspektivləri;
  • Peşəkar korporativ mühitdə işləmək imkanı

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Oxşar vakansiyalar