E

EXPERT-SM LTD

Son tarix: 4 Sentyabr 2026

Direktor köməkçisi

İnzibati İşlərBakıTam Ştat4 Avqust 202634

800

Vakansiya haqqında

İş şərtləri və müraciət qaydası:

  1. Rəsmi işə qəbul, sabit iş mühiti, peşəkar və karyera inkişafı imkanı;
  2. 5 günlük iş həftəsi, 09:30 dan–18:30 dək;
  3. İş nəticələrinə əsasən əmək haqqına yenidən baxılması mümkündür;
  4. CV e-poçtun mövzu hissəsində “Direktor köməkçisi” qeyd edilməklə [email protected] ünvanına göndərilməlidir;
  5. Müraciətə ingilis dilində qısa müşayiətedici mesaj əlavə olunmalıdır. Bu, namizədin yazılı ünsiyyət bacarığının qiymətləndirilməsi üçün nəzərdə tutulur;
  6. İlkin seçimdən keçən namizədlərə ingilis dilində işgüzar yazışma və iş prioritetlərinin müəyyən edilməsi üzrə qısa praktiki tapşırıq verilə bilər;
  7. Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.

 

Tələblər:

  1. İngilis dili — məcburi tələb: yüksək səviyyədə şifahi və yazılı bilik; namizəd işgüzar yazışmaları, hesabatları və təklifləri müstəqil və düzgün hazırlaya bilməlidir;
  2. Rus dili — yaxşı səviyyədə şifahi və yazılı bilik;
  3. Azərbaycan dili — daxili və yerli ünsiyyət üçün yaxşı səviyyədə şifahi və yazılı bilik;
  4. Biznesin idarə edilməsi, beynəlxalq münasibətlər, hüquq, iqtisadiyyat, menecment, marketinq, kommunikasiya və ya əlaqəli sahə üzrə minimum bakalavr dərəcəsi; magistr dərəcəsi üstünlükdür; MS Word, Excel, PowerPoint, Outlook və bulud əsaslı ofis alətlərindən yaxşı istifadə bacarığı;
  5. CRM, müştəri bazası, beynəlxalq müştəri koordinasiyası, biznesin inkişafına dəstək, marketinq araşdırmaları, lead idarəetməsi, hesabatlılıq, inzibati koordinasiya və ya işgüzar yazışma təcrübəsi üstünlükdür; ChatGPT və digər süni intellekt (AI) alətlərindən praktiki istifadə bacarığı da üstünlükdür;
  6. Sistemli yanaşma, punktuallıq, detallara diqqət, təşəbbüskarlıq, stresə davamlılıq, işgüzar etika və məxfiliyə riayət;
  7. Eyni vaxtda bir neçə tapşırıq və müştəri işini idarə etmək, son tarixləri və vacib follow-up-ları qaçırmamaq bacarığı.

 

Vəzifə öhdəlikləri:

  1. Gündəlik iş qrafikinin, görüşlərin, tapşırıqların, xatırlatmaların, prioritetlərin və son tarixlərin idarə edilməsi;
  2. CRM və müştəri reyestrinin mütəmadi yenilənməsi: status, növbəti addım, son tarix, sənədlər, ödənişlər və hər bir follow-up nəticəsi;
  3. İngilis dilində peşəkar e-poçtların, mesajların, kommersiya təkliflərinin, sorğu formalarının, checklist-lərin, təqdimatların və digər iş sənədlərinin hazırlanması;
  4. Rəhbərlik üçün gündəlik və həftəlik iş hesabatlarının hazırlanması: görülmüş işlər, alınmış cavablar, açıq məsələlər və növbəti prioritetlər;
  5. Müştərilərdən və əməkdaşlardan gözlənilən cavabların izlənilməsi, vaxtında xatırlatmaların göndərilməsi və razılaşdırılmış işlərin koordinasiyası;
  6. Bazarlar, rəqiblər, layihələr və beynəlxalq biznes imkanları üzrə strukturlaşdırılmış araşdırmaların aparılması, mənbələrin yoxlanılması və qısa analitik nəticələrin hazırlanması;
  7. Görüş materiallarının hazırlanması, qeydlərin aparılması, tapşırıqların müəyyən edilməsi və icrasına nəzarət;
  8. Elektron və fiziki sənədlərin, yazışmaların və məxfi müştəri məlumatlarının sistemli təşkili;
  9. MS Office və CRM-dən yaxşı istifadə; müvafiq bacarıqlar olduqda ChatGPT və digər AI alətlərindən məsuliyyətli şəkildə istifadə edilməsi və nəticə təqdim olunmazdan əvvəl məlumatın dəqiqliyinin, məxfiliyinin, dilinin və formatının müstəqil yoxlanılması.

Oxşar vakansiyalar