U

UniDream

Son tarix: 21 Sentyabr 2026

Direktor köməkçisi

Marketinq və SatışBakıTam Ştat21 Avqust 202654

1200

Vakansiya haqqında

UniDream xaricdə təhsil sahəsində fəaliyyət göstərən və beynəlxalq universitetlər, təhsil müəssisələri və tərəfdaşlarla əməkdaşlıq edən şirkətdir. Komandamıza rəhbərin işlərini koordinasiya edəcək, eyni zamanda şirkətin marketing, tərəfdaşlıq və biznes inkişafı istiqamətlərində aktiv rol alacaq Direktor Köməkçisi axtarırıq.

 

Biz nə təklif edirik?

 

  1. Dinamik və beynəlxalq mühitdə iş;
  2. Xarici universitetlər və beynəlxalq tərəfdaşlarla birbaşa əməkdaşlıq imkanı;
  3. Professional inkişaf və karyera perspektivi;
  4. Marketing və Business Development sahəsində geniş praktiki təcrübə;
  5. Maaş + performansa əsaslanan bonus sistemi;
  6. UniDream-in inkişafında və yeni layihələrin qurulmasında aktiv rol.

 

 

İş yeri: Bakı

İş rejimi: Tam Ştat

Şirkət: UniDream

Tələblər:

  1. Ən azı 5 il iş təcrübəsi;
  2. Rəhbər köməkçisi, Business Development, Marketing, Sales, PR və ya oxşar sahədə təcrübə üstünlükdür;
  3. Azərbaycan və ingilis dillərində sərbəst danışıq və yazılı ünsiyyət bacarığı;
  4. Rus dili arzuolunandır;
  5. Güclü kommunikasiya və danışıqlar aparmaq bacarığı;
  6. İşgüzar yazışma və təqdimat bacarığı;
  7. Təşkilatçılıq və vaxtın düzgün idarə olunması;
  8. Məsuliyyətli, çevik və nəticəyönümlü yanaşma;
  9. Yeni insanlarla asanlıqla əlaqə qurmaq və uzunmüddətli biznes münasibətləri yaratmaq bacarığı;
  10. MS Office və xüsusilə Excel, Word, PowerPoint proqramlarında və suni intelekt aradşdırma platformaları ilə yaxşı işləmək bacarığı;
  11. Xarici universitetlər və beynəlxalq şirkətlərlə işləməyə maraq.

Vəzifə öhdəlikləri:

  1. Şirkət direktorunun gündəlik işlərinin və görüşlərinin koordinasiyasına dəstək olmaq;
  2. Direktorun tapşırıqlarının vaxtında və keyfiyyətli icrasını təmin etmək;
  3. Görüşlərin, danışıqların və işgüzar yazışmaların təşkili;
  4. Şirkətin marketing fəaliyyətlərinin planlaşdırılması və icrasında iştirak etmək;
  5. Yeni universitet, şirkət, agentlik və digər potensial tərəfdaşların araşdırılması və tapılması;
  6. Potensial tərəfdaşlarla ilkin əlaqələrin qurulması və görüşlərin təşkil edilməsi;
  7. Mövcud tərəfdaşlarla münasibətlərin qorunması və daha da gücləndirilməsi;
  8. Tərəfdaşlıq imkanlarının və yeni biznes istiqamətlərinin araşdırılması;
  9. Beynəlxalq universitetlər və təhsil şirkətləri ilə kommunikasiya prosesində iştirak etmək;
  10. Təqdimatlar, tədbirlər, sərgilər və digər marketing layihələrinin təşkilinə dəstək olmaq;
  11. Marketing və tərəfdaşlıq üzrə görülən işlər haqqında hesabatların hazırlanması;
  12. Rəhbərin digər operativ və inzibati tapşırıqlarını icra etmək.

Oxşar vakansiyalar