S
Supertoys
E-ticarət və Marketplace üzrə Baş Mütəxəssis
1000 ₼
Vakansiya haqqında
Supertoys komandamıza e-ticarət və marketplace kanallarının inkişafına cavabdeh olacaq, analitik düşüncəyə və satış yönümlü yanaşmaya sahib E-ticarət və Marketplace üzrə Baş Mütəxəssis axtarırıq.
Vəzifə öhdəlikləri
- Supertoys-un e-ticarət platforması və marketplace kanallarında(Wolt, Bolt, Birmarket, Tap.az) məhsulların yerləşdirilməsi və aktuallığının qorunması;
- Yeni məhsulların platformalara vaxtında əlavə edilməsi;
- Məhsul adları, təsvirləri, xüsusiyyətləri, qiymətləri, şəkilləri və digər məlumatların düzgün daxil edilməsi;
- SEO tələblərinə uyğun olaraq məhsul adları, təsvirləri və açar sözlərin optimallaşdırılması
- Qiymət, stok və məhsul mövcudluğu məlumatlarını mütəmadi yeniləmək;
- Marketplace-lərdə məhsulların görünürlüğünü və satış performansını artırmaq üçün təkliflər hazırlamaq;
- Kampaniya, endirim və xüsusi təkliflərin marketplace platformalarında vaxtında tətbiq edilməsini təmin etmək;
- Marketplace-lərin kampaniya imkanlarını araşdırmaq və satışın artırılması üçün yeni mexanikalar təklif etmək;
- Məhsul satışları, sifariş sayı, dövriyyə, orta çek, conversion və digər əsas KPI-ları izləmək;
- Marketplace-lər üzrə satış nəticələrini analiz etmək və aylıq/həftəlik hesabatlar hazırlamaq;
- Satışı yüksək və aşağı olan məhsulları müəyyən etmək və müvafiq aksiyalar təklif etmək;
- Marketinq, satınalma, satış, anbar və IT komandaları ilə koordinasiyalı işləmək;
- Marketplace tərəfdaşları ilə operativ kommunikasiya aparmaq;
- Müştəri təcrübəsinin və onlayn alış prosesinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq;
- Rəqiblərin marketplace-lərdə qiymət, çeşid, kampaniya və təqdimatlarını monitorinq etmək;
Namizədə tələblər
- E-ticarət və ya marketplace sahəsində iş təcrübəsi;
- Marketplace platformalarının iş prinsiplərini bilməsi;
- Məhsul kontentinin idarə olunması üzrə praktiki təcrübə;
- Satış göstəricilərinin və hesabatların analiz edilməsi bacarığı;
- Analitik düşüncə və rəqəmlərlə işləmə qabiliyyəti;
- Komanda ilə işləmək və müxtəlif şöbələrlə effektiv koordinasiya qurmaq bacarığı;
- Rus və ya ingilis dilini bilmək üstünlükdür.
- Uşaq məhsulları və retail sahəsində təcrübə üstünlükdür.
Əmək haqqı: 1000-1200 AZN (Əməkdaşın bilik və bacarıqlarına uyğun təyin olunacaq)
Müraciət üçün CV-lərinizi mövzu hissəsində vəzifə adını “E-ticarət və Marketplace üzrə Baş Mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Oxşar vakansiyalar
I
Bugün
Marketinq şöbəsinin Baş mütəxəssisi / Şöbə müdiri
International BOKT • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
L
Bugün
Soyuq satış üzrə satış təmsilçisi (xanım)
Legion Trade MMC • Bakı
Tam Ştat
600 ₼Müraciət et
A
Bugün
Brend siması
Artex Group • Bakı
Tam Ştat
700 ₼Müraciət et
A
Bugün
Sığorta üzrə satış məsləhətçisi
Ateshgah Sigorta • Bakı
Tam Ştat
—Müraciət et
N
Bugün
Sement və beton məhsulları üzrə kiçik satış təmsilçisi
Norm OJSC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
U
Bugün
Direktor köməkçisi
UniDream • Bakı
Tam Ştat
1200 ₼Müraciət et