G

Grand Agro MMC

Son tarix: 23 İyul 2026

Direktorun İcraçı Assistenti

İnzibati İşlərBakıTam Ştat23 İyun 2026260

Müsahibə əsasında

Vakansiya haqqında

Təsvir

  • Direktorun gündəlik iş qrafikinin, görüşlərinin və prioritet tapşırıqlarının idarə edilməsi;
  • Təqvimin planlaşdırılması, görüşlərin təşkili, dəyişikliklərin koordinasiyası və iclas nəticələrinin izlənilməsi;
  • Daxili və xarici tərəfdaşlarla rəhbər adından peşəkar kommunikasiya və koordinasiyanın təmin edilməsi;
  • Rəhbərlik üçün hesabatların, təqdimatların, məktubların və digər biznes sənədlərinin hazırlanması;
  • Daxil olan sorğuların və məsələlərin prioritetləşdirilməsi, aidiyyəti struktur bölmələrə yönləndirilməsi və icrasına nəzarət;
  • Rəhbərin işgüzar səfərlərinin (aviabilet, otel, logistika və s.) təşkili;
  • Rəhbərin iştirak etdiyi layihələr üzrə tapşırıqların izlənilməsi və müvafiq status məlumatlarının hazırlanması;
  • Məxfi məlumatların qorunması və rəhbərlik səviyyəsində sənəd dövriyyəsinin idarə olunması;
  • Əsas fəaliyyət göstəricilərinin (KPI) izlənilməsi, nəticələrin təhlili və rəhbərliyə müvafiq məlumatların təqdim edilməsi.
  • Baş ofislə korporativ idarəetmə (governance) çərçivəsində əlaqələrin koordinasiyası, tələb olunan məlumat və hesabatların vaxtında hazırlanaraq təqdim edilməsinin təmin edilməsi;

Tələblər

  • Ali təhsil;
  • Sahə üzrə min. 3 il müvafiq iş təcrübəsi;
  • Azərbaycan, rus və ingilis dillərində sərbəst ünsiyyət bacarığı;
  • MS Office proqramlarında yüksək səviyyədə bilik;
  • Güclü təşkilatçılıq, planlaşdırma və koordinasiya bacarıqları;
  • İşgüzar yazışma və sənəd dövriyyəsinin idarə olunması təcrübəsi;
  • Məxfi məlumatlarla işləmə bacarığı;
  • Operativ, məsuliyyətli və nəticəyönümlü yanaşma.

Vakansiya növü - Tam ştat

İmtiyazlar

  • Nahar təminatı
  • Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Oxşar vakansiyalar