A

AT - Geotech MMC

Son tarix: 15 Oktyabr 2026

Dispetçer

Müştəri XidmətləriBakıTam Ştat15 Sentyabr 202687

800

Vakansiya haqqında

AT-Geotech şirkətlər qrupuna daxil olan müəssisələrdən birində Dispetçer vakansiyası üzrə namizəd axtarılır.

Vəzifə Öhdəlikləri:

  • Sürücülərin işinin təşkil edilməsi, daşımalar üzrə tapşırıqların yerinə yetirilməsinə nəzarət edilməsi;
  • Sürücülərə yol vərəqələrinin təqdim edilməsi və digər sənədlərin qəbul edilməsi, doldurulması, onların düzgün rəsmiləşdirilməsinin yoxlanılması;
  • Nəqliyyat vasitələrinin göndərilməsinə və xətdən qayıtmasına nəzarət edilməsi;
  • Yol nəqliyyat hadisələri haqqında xəbər aldıqda, dərhal rəhbərliyə məlumat verilməsi;
  • Avtomobillərin təmirə dayanması ilə bağlı məlumat verilməsi və təmirə yönləndirilməsi;
  • Yanacaq sərfi haqqında hesabatları hazırlaması, yanacaq kartlarının verilməsi;
  • Avtomobillərin başlanğıc məntəqədən son məntəqəyə kimi hərəkətinə GPS vasitəsilə nəzarət edilməsi;
  • Tabeliyində olduğu rəhbərliyinin tapşırıqlarını və nəqliyyat vasitələrinə olan sifarişləri qeydə almaq.

Namizədə tələblər:

  • Ali və ya orta ixtisas təhsili (Nəqliyyat, Mexanika və ya uyğun sahə üzrə)
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi
  • MS Office proqramlarında işləmə bacarığı
  • Komanda ilə işləmə bacarığı
  • Məsuliyyətlilik və nizam-intizam

Əmək şəraiti:

  • İş yeri: Hökməli
  • İş qrafiki: 6 günlük
  • Əmək haqqı: 800-1000 Azn

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində vakansiya adını qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Oxşar vakansiyalar