Müsahibə əsasında
Vakansiya haqqında
İT məhsulları və elektron avadanlıqların satışı ilə məşğul olan AEM MMC Servis Mərkəzinə Qeydiyyatçı axtarırıq.
Əgər insanlarla ünsiyyət qurmağı sevirsiniz, səliqəli və diqqətlisinizsə və İT məhsulları haqqında öyrənməyə marağınız varsa, sizi komandamıza dəvət edirik!
Əsas vəzifələr:
- Müştəriləri qarşılamaq və servis müraciətlərini qəbul etmək;
- Təmirə təqdim olunan məhsulları qəbul etmək və sistemdə qeydiyyata almaq;
- Məhsulun komplektasiyası və texniki vəziyyəti barədə məlumatları qeyd etmək;
- Servis sifarişlərinin sənədləşdirilməsini aparmaq;
- Təmir statuslarını izləmək və müştərilərə məlumat vermək;
- Hazır məhsulların müştərilərə təhvil verilməsini təşkil etmək;
- Texniki heyət və müştərilər arasında kommunikasiya yaratmaq.
Namizədə tələblər:
- Müştərilərlə ünsiyyət bacarığı;
- Kompüter və MS Office proqramlarından istifadə bacarığı;
- Diqqətli, məsuliyyətli və operativ olmaq;
- Səliqəli və nəzakətli ünsiyyət;
- Azərbaycan dilində səlis danışıq;
- İT məhsulları və elektronika ilə bağlı ilkin biliklər üstünlükdür;
- Servis mərkəzi, elektronika mağazası və ya müştəri xidməti sahəsində təcrübə üstünlükdür.
Təcrübəniz azdır, amma öyrənməyə həvəsiniz varsa, müraciət edə bilərsiniz.
Sizə nə təklif edirik?
- Rəsmi əmək müqaviləsi;
- Stabil iş və peşəkar iş mühiti;
- İT və texniki məhsullar üzrə biliklərin inkişaf etdirilməsi;
- Karyera inkişafı imkanı;
- Əmək haqqı: müsahibə əsasında.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu sətrində “Servis Mərkəzi – Qeydiyyatçı” qeyd etməyiniz xahiş olunur.
Oxşar vakansiyalar
G
Bugün
Resepşn
Ganjali Plaza Hotel • Bakı
Tam Ştat
600 ₼Müraciət et
A
Bugün
Dispetçer
AT - Geotech MMC • Bakı
Tam Ştat
800 ₼Müraciət et
S
Dünən
Taksi xidməti üzrə operator (xanım)
Soundride • Bakı
Tam Ştat
600 ₼Müraciət et
M
Dünən
Resepşn
Mystic Hands • Bakı
Tam Ştat
600 ₼Müraciət et
V
Dünən
Call Center Əməkdaşı
Vetraco • Bakı
Tam Ştat
1500 ₼Müraciət et
R
Dünən
Restaurant Manager
Rangla Punjab Restaurant Konstanz Germany • Bakı
Tam Ştat
2000 ₼Müraciət et