A

AIMC (Azerbaijan International Mining Company)

Son tarix: 13 Avqust 2026

Ekologiya üzrə Texnik (Gədəbəy & Ağdərə)

İnşaat və MemarlıqGədəbəyTam Ştat13 İyul 202653

Müsahibə əsasında

Vakansiya haqqında

Vəzifə öhdəlikləri

  • Mədən sahələrində müntəzəm ekoloji monitorinq və yoxlamalar aparmaq;
  • Şirkətin fəaliyyətinin ekoloji qanunvericiliyə, normativ tələblərə və ekoloji icazələrin şərtlərinə uyğunluğunu izləmək;
  • Torpaq, yerüstü və yeraltı suların, hava keyfiyyətinin və tullantıların idarə olunması üzrə monitorinq işlərini həyata keçirmək;
  • Ekoloji riskləri müəyyən etmək, uyğunsuzluqları aşkar etmək və onların aradan qaldırılması üçün tədbirlər təklif etmək;
  • Daxili və xarici ekoloji auditlərdə iştirak etmək;
  • Rekultivasiya, eroziyaya qarşı mübarizə, ətraf mühitin bərpası və mühafizəsi tədbirlərinə nəzarət etmək;
  • Toplanmış ekoloji məlumatları qeydiyyata almaq, təhlil etmək və müvafiq hesabatlar hazırlamaq;
  • Ekoloji hadisələrin araşdırılmasında və zərurət yarandıqda fövqəladə hallara cavab tədbirlərində iştirak etmək;
  • Topoqrafik xəritələri, mühəndislik çertyojlarını, kəsikləri və icazə sənədlərini təhlil etmək;
  • Ətraf mühitin mühafizəsi sahəsində şirkət daxili prosedur və qaydalara əməl olunmasına dəstək vermək.

Tələblər

  • Təbiət və ya tətbiqi elmlər, Ekologiya, Ekologiya Mühəndisliyi, Mədən Mühəndisliyi, Geologiya, Hidrometerologiya, Aqronomiya, Meşəçilik, Biologiya, Əməyin Mühafizəsi və ya digər əlaqəli ixtisaslar üzrə bakalavr təhsili;
  • Ekologiya, ətraf mühitin idarə olunması, ekoloji monitorinq və ya əlaqəli sahədə minimum 2 il iş təcrübəsi;
  • Ekoloji qanunvericilik və mədən sənayesində tətbiq olunan ekoloji tələblər barədə biliklər;
  • Ekoloji monitorinq, yoxlamalar, auditlər və uyğunluq prosesləri barədə anlayış;
  • Eroziyaya nəzarət, rekultivasiya, yerüstü və yeraltı suların mühafizəsi sahəsində biliklər;
  • Topoqrafik xəritələri, mühəndislik planlarını və texniki sənədləri oxumaq və şərh etmək bacarığı;
  • Analitik düşünmə, problem həll etmə və hesabat hazırlama bacarığı;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Google Earth, QGIS və ekoloji monitorinq avadanlıqları ilə işləmək bacarığı üstünlük hesab olunur;
  • İngilis dili biliyi üstünlükdür;
  • Məcburi köçkün namizədlərə üstünlük veriləcəkdir.

İş yeri və şəraiti

  • İş yeri: Gədəbəy və Ağdərə, Azərbaycan;
  • İş qrafiki: Növbəli iş qrafiki;
  • Yaşayış yeri şirkət tərəfindən təmin edilir.

Qeyd olunan tələblərə uyğun olan namizədlərin CV-lərini mövzu hissəsində vəzifənin adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Oxşar vakansiyalar