T

TAİS İKF

Son tarix: 13 Avqust 2026

Memar

İnşaat və MemarlıqBakıTam Ştat13 İyul 202642

Müsahibə əsasında

Vakansiya haqqında

TAİS İKF MMC komandamıza peşəkar və nəticəyönümlü “Memar” axtarırıq.

Vəzifə öhdəlikləri:

  • Layihə tapşırıqlarına uyğun memarlıq konsepsiyalarını hazırlamaq
  • Memarlıq layihələrinin eskiz, işçi və icra layihələrini hazırlamaq
  • Tikinti norma və qaydalarına, şəhərsalma tələblərinə və qüvvədə olan qanunvericiliyə uyğun layihələndirməni təmin etmək
  • Memarlıq layihələrinin texniki sənədlərini, plan, kəsik, fasad və detallarını hazırlamaq
  • Layihələrin icrası zamanı mühəndis, konstruktor və digər aidiyyəti şöbələrlə koordinasiyalı işləmək
  • Layihələrin texniki və iqtisadi cəhətdən səmərəli həllərinin hazırlanmasında iştirak etmək
  • Tikinti materiallarının və memarlıq həllərinin seçilməsi ilə bağlı təkliflər vermək
  • Layihələrin sifarişçinin tələblərinə və texniki tapşırığa uyğun hazırlanmasını təmin etmək
  • Tikinti sahəsində müəllif nəzarətini həyata keçirmək, layihəyə uyğunluğa nəzarət etmək və aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması üçün tədbirlər görmək
  • Layihələr üzrə təqdimat materiallarını və vizuallaşdırmaları hazırlamaq və təqdim etmək
  • Layihələrin icra müddətlərinə riayət olunmasına və müəyyən edilmiş qrafik üzrə tamamlanmasına nəzarət etmək
  • Layihə sənədlərində zəruri dəyişiklikləri və düzəlişləri vaxtında hazırlamaq
  • Müvafiq dövlət qurumları və digər aidiyyəti təşkilatlarla layihələrin razılaşdırılması prosesində iştirak etmək
  • Layihə sənədlərinin arxivləşdirilməsini və elektron bazada düzgün saxlanılmasını təmin etmək
  • AutoCAD, Revit, ArchiCAD, SketchUp, Lumion, 3ds Max və digər peşəkar proqram təminatlarından istifadə etməklə layihələrin hazırlanmasını təmin etmək
  • Görülən işlər barədə mütəmadi hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və daxili intizam qaydalarına riayət etmək
  • Müəssisə rəhbərliyinin verdiyi digər xidməti tapşırıqları vaxtında və düzgün yerinə yetirmək

Namizədə tələblər:

  • Memarlıq ixtisası üzrə ali təhsil
  • Memar vəzifəsində minimum 3 il iş təcrübəsi
  • AutoCAD proqramını sərbəst, Revit, ArchiCAD, SketchUp, Lumion və ya 3ds Max proqramlarından ən azı birini yaxşı səviyyədə bilmək
  • Microsoft Office proqramlarında, xüsusilə Microsoft Excel və Microsoft Word proqramlarında işləmək bacarığı
  • Texniki çertyojları oxumaq, təhlil etmək və hazırlamaq bacarığı
  • Layihələrin planlaşdırılması, vaxtın səmərəli idarə olunması və müəyyən edilmiş müddətlərə riayət etmək bacarığı
  • Komanda ilə işləmək, effektiv ünsiyyət qurmaq və yüksək təşkilatçılıq qabiliyyəti
  • Azərbaycan dilini sərbəst bilmək, rus və ingilis dili biliyi üstünlük hesab olunur

İş şəraiti:

  • İş qrafiki: 5 günlük iş  rejimi
  • Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir
  • İş yeri: TAİS – İKF MMC

Biz təklif edirik:

  • Dinamik və inkişaf yönümlü iş mühiti
  • Böyüyən şəbəkədə karyera imkanları

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Memar” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar