800 ₼
Vakansiya haqqında
Vəzifə öhdəlikləri
- Xidmət göstərilən elektrik qurğularının və elektrik avadanlıqlarının saz vəziyyətdə saxlanılmasını təmin etmək;
- Zavodun elektrik şəbəkəsinin düzgün və təhlükəsiz istismarını təmin etmək;
- Qüvvədə olan texniki şərtlərə, standartlara və normalara uyğun olaraq təmir işlərini həyata keçirmək;
- Növbə ərzində elektrik qurğuları və avadanlıqlarında yaranan nasazlıqları operativ şəkildə müəyyən etmək və aradan qaldırmaq;
- Elektrik avadanlıqlarının təmir, montaj və tənzimləmə işlərini həyata keçirmək;
- Zavod ərazisini növbə ərzində mütəmadi olaraq yoxlamaq və qarşıya çıxan elektrik problemlərini (avtomatların qoşulması və ayrılması, işıqlandırma sistemləri və s.) aradan qaldırmaq;
- Növbə ərzində aradan qaldırılmış nasazlıqlar barədə qəza bildirişini hazırlayaraq növbə rəhbərinə təqdim etmək;
- Gündəlik və aylıq təmir planlarına uyğun olaraq elektrik sistemlərində təmir, sazlama və təmizlik işlərini həyata keçirmək;
- İllik texniki təmir planına uyğun olaraq elektrik sistemlərinin texniki baxış, təmir və sazlama işlərini yerinə yetirmək;
- Elektrik avadanlıqlarının fasiləsiz və təhlükəsiz fəaliyyətinin təmin olunmasında iştirak etmək.
Namizədə tələblər
- Ali texniki təhsil (elektrik/elektrotexnika və ya aidiyyəti sahə üzrə);
- Müvafiq sahədə 3 ildən artıq iş təcrübəsi;
- Elektrik avadanlıqları və sənaye elektrik sistemləri üzrə praktiki biliklər;
- Kompüter bilikləri;
- Texniki sənədlərlə işləmək bacarığı;
- Məsuliyyətli, diqqətli və dəqiq olmaq;
- Verilən tapşırıqları vaxtında və keyfiyyətli şəkildə yerinə yetirmək;
- Komandada işləmək bacarığı.
İş şəraiti
- Nahar şirkət tərəfindən təmin olunur;
- Nəqliyyat servisi şirkət tərəfindən təmin olunur;
- İş yeri: Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Salyan şossesi, 47-ci km;
- Çoxnövbəli iş qrafiki;
- Əmək haqqı: 800–900 AZN.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər. Namizədlər CV-lərini göndərərkən elektron məktubun mövzu (subject) hissəsində “Elektrik” vəzifəsinin adını qeyd etməlidirlər.
Oxşar vakansiyalar
C
Bugün
Elektrik
Company • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
C
Bugün
Fəhlə
City Line Construction • Bakı
Tam Ştat
600 ₼Müraciət et
A
Bugün
Operator
AAC MMC • Bakı
Tam Ştat
700 ₼Müraciət et
M
Dünən
Toz boya üzrə rəngsaz
Max Print • Bakı
Tam Ştat
700 ₼Müraciət et
E
Dünən
İnteryer-dizayner (Gəncə mağazası)
Embawood • Gəncə
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Dünən
Beton pompası köməkçisi
AzerTunelSuTikinti • Laçın
Tam Ştat
1000 ₼Müraciət et