700 ₼
Vakansiya haqqında
Vəzifə öhdəlikləri
- Texnoloji iş təlimatına uyğun olaraq xammalın hazırlanması və ələnməsini təmin etmək;
- İstehsal tapşırığına uyğun olaraq sobanın məhsuldarlığını tənzimləmək;
- Sobada yerləşən forsunkalara baxış keçirmək və alovlanma sahəsinə nəzarət etmək;
- Forsunkalara verilən soyutma suyunun texnoloji parametrlərinə və nasosxananın iş rejiminə nəzarət etmək;
- Xammal bunkerlərinin və daşıyıcı lent avadanlıqlarının işinə nəzarəti təmin etmək;
- Sobaya verilən xammalın mərtəbələr arasında yerləşən axın tərəzilərinə nəzarət etmək və onların təmizliyini təmin etmək;
- Əhəng daşının sobada keyfiyyətli bişirilməsini təmin etmək və hazır məhsulun siloslara nəqlinə nəzarət etmək;
- Yanma havası kompressorunun və soyutma havası kompressorunun işinə nəzarət etmək;
- Sobaya verilən yanacaq qazı sxeminin işinə nəzarəti təmin etmək;
- Bişmiş əhəngin müəyyən edilmiş standartlara uyğun ölçülərdə üyüdülməsinə nəzarət etmək;
- Sobanın ventilyatorunun (fan) və siklonlarının işinə nəzarət etmək;
- Əhəng dəyirmanının iş rejiminə nəzarət etmək;
- Müvafiq hesabat sənədlərini hazırlamaq və növbə üzrə məlumatları qeyd etmək;
- Satış üçün zavoda daxil olan nəqliyyat vasitələrinin yüklənməsinə nəzarət etmək;
- Avadanlıqların istismar təlimatlarına uyğun işləməsinə nəzarət etmək;
- İş yerinin və avadanlıqların təmiz və səliqəli saxlanılmasını təmin etmək;
- Növbəni qəbul edərkən aşkar edilmiş nasazlıqlar və çatışmazlıqlar barədə bilavasitə növbə rəisinə məlumat vermək;
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına riayət etmək.
Namizədə tələblər
- Orta ixtisas və ya ali texniki təhsil arzuolunandır;
- İstehsalat müəssisəsində operator və ya oxşar vəzifədə 1 il iş təcrübəsi;
- Texnoloji proseslər və istehsalat avadanlıqları haqqında ümumi biliklər;
- Kompüter bilikləri;
- Texniki təlimat və sənədlərlə işləmək bacarığı;
- Məsuliyyətli, diqqətli və intizamlı olmaq;
- Növbəli iş rejimində işləməyə hazır olmaq;
- Komandada işləmək bacarığı.
İş şəraiti
- Əmək haqqı: 700–800 AZN;
- İş qrafiki: Çoxnövbəli iş rejimi;
- Nahar: şirkət tərəfindən təmin olunur;
- Nəqliyyat: Servis şirkət tərəfindən təmin olunur;
- İş yeri: Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Salyan şossesi, 47-ci km.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər. Namizədlər CV-lərini göndərərkən elektron məktubun mövzu (Subject) hissəsində “Operator” vəzifəsinin adını qeyd etməlidirlər.
Oxşar vakansiyalar
C
Bugün
Elektrik
Company • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
C
Bugün
Fəhlə
City Line Construction • Bakı
Tam Ştat
600 ₼Müraciət et
A
Bugün
Elektrik
AAC MMC • Bakı
Tam Ştat
800 ₼Müraciət et
M
Dünən
Toz boya üzrə rəngsaz
Max Print • Bakı
Tam Ştat
700 ₼Müraciət et
E
Dünən
İnteryer-dizayner (Gəncə mağazası)
Embawood • Gəncə
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Dünən
Beton pompası köməkçisi
AzerTunelSuTikinti • Laçın
Tam Ştat
1000 ₼Müraciət et