A
ATEF Şirkətlər Qrupu
Elektrik qaynaqçısı
Müsahibə əsasında
Vakansiya haqqında
“ATEF ŞİRKƏTLƏR QRUPU” MMC “Elektrik qaynaqçısı” vəzifəsinə vakansiya elan edir.
İş şəraiti
- İş yeri: Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi,
- Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən müsahibə zamanı müəyyən ediləcəkdir.
- Tam sosial təminat (məzuniyyət və s.)
- 5 günlük iş həftəsi
- Nahar fasiləsi: 12:00-13:00
- Nahar müəssisə tərəfindən təmin edilir.
Vəzifə öhdəlikləri
- İstehsalat sahəsində metal konstruksiyaların, detalların, hissələrin və müxtəlif avadanlıqların elektrik qaynağı işlərini yerinə yetirmək;
- Qaynaq işlərini texniki sənədlərə, çertyoj və müəyyən edilmiş texnoloji tələblərə uyğun icra etmək;
- Qaynaq ediləcək səth və detalları qaynaq prosesinə hazırlamaq;
- Qaynaq aparatını, elektrodları, kabelləri və digər köməkçi avadanlıqları işə hazırlamaq;
- Qaynaq ediləcək materialın növünə, qalınlığına və işin xüsusiyyətinə uyğun elektrod və qaynaq rejimini müəyyən etmək;
- Müxtəlif mürəkkəblikdə qaynaq tikişlərini yerinə yetirmək;
- Qaynaq tikişlərinin keyfiyyətinə nəzarət etmək və aşkar olunmuş qüsurları aradan qaldırmaq;
- Metal konstruksiya və detalların yığılması və qaynaqlanması işlərində iştirak etmək;
- Zəruri hallarda metalın kəsilməsi, daşlanması və qaynağa hazırlanması kimi köməkçi işləri yerinə yetirmək;
- Qaynaq avadanlıqlarından və əl alətlərindən düzgün və təhlükəsiz istifadə etmək;
- İş prosesində istifadə olunan avadanlıqların texniki sazlığını nəzarətdə saxlamaq və nasazlıqlar barədə rəhbərinə məlumat vermək;
- İş yerinin təmiz və səliqəli saxlanılmasını təmin etmək;
- Əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etmək;
- Verilmiş istehsalat tapşırıqlarını müəyyən edilmiş müddətdə və tələb olunan keyfiyyətdə yerinə yetirmək.
Tələblər:
- Orta ixtisas və ya peşə təhsili;
- Elektrik qaynaqçısı ixtisası üzrə müvafiq iş təcrübəsi;
- Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi;
- Elektrik qövs qaynağı üzrə nəzəri və praktiki biliklər;
- Müxtəlif metal və metal konstruksiyaların qaynaqlanması üzrə praktiki bacarıqlar;
- Elektrodların seçilməsi və qaynaq rejimləri haqqında bilik;
- Qaynaq avadanlıqları və alətlərindən düzgün istifadə etmək bacarığı;
- Texniki çertyoj və sənədləri oxumaq bacarığı;
- Qaynaq tikişlərinə qoyulan əsas keyfiyyət tələblərini bilməli;
- Əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi qaydalarını bilməli;
- İstehsalat şəraitində işləmək bacarığı;
Namizədin şəxsi keyfiyyətləri:
- Məsuliyyətli və intizamlı olmaq;
- Diqqətli və dəqiq işləmək;
- İşə ciddi və planlı yanaşmaq;
- Tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək;
- Komandada işləmək bacarığı;
- Təhlükəsizlik qaydalarına riayət etmək;
- Operativ və çevik olmaq;
- Fiziki işə uyğunlaşmaq..
Bu vəzifəyə müraciət etmək üçün CV-ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Elektrik qaynaqçısı” Mövzu bölməsində göstərin.
Oxşar vakansiyalar
A
Bugün
Təmir şöbəsinin operatoru
AZ Logistika and Management Services • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Bugün
Texniki mühəndis
Azinvest İnşaat • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Bugün
Smeta mühəndisi
Azinvest İnşaat • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
C
Bugün
Formen
Caspian İndustrial Construction MMC • Sumqayıt
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
P
Dünən
Quraşdırma qrupunun rəhbəri
Predsol • Bakı
Remote
Müsahibə əsasındaMüraciət et
P
Dünən
Qaynaqçı
Predsol • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et