A
Azersun Holding
Elektronika mühəndisi
Müsahibə əsasında
Vakansiya haqqında
Tələblər:
- Ali təhsil (Elektronika mühəndisliyi, Elektrik mühəndisliyi, Avtomatika və ya uyğun sahə üzrə);
- Kənd təsərrüfatı texnikaları və elektron idarəetmə sistemləri üzrə minimum 2-3 il iş təcrübəsi;
- Elektron diaqnostika cihazları ilə işləmə bacarığı;
- Elektrik sxemlərini oxuma və analiz etmə bacarığı;
- PLC və avtomatika sistemləri üzrə biliklər;
- GPS və ağıllı kənd təsərrüfatı sistemləri barədə anlayış;
Vəzifə öhdəlikləri:
- Traktor, kombayn, çiləyici, pivot suvarma sistemi və digər kənd təsərrüfatı texnikalarının elektron sistemlərinə texniki baxış keçirir.
- Texnikaların elektron idarəetmə bloklarında (ECU), sensor, idarəetmə modulu, GPS sistemi, monitor və elektrik naqillərində yaranan nasazlıqları diaqnostika edir.
- Elektron avadanlıqların profilaktik baxım və təmir işlərini həyata keçirir.
- Elektrik sxemlərini oxuyur və tətbiq edir.
- Elektron idarəetmə sistemlərinin kalibrlənməsini və sazlanmasını həyata keçirir.
- Avadanlıqların ehtiyat hissələrinə olan tələbatı müəyyən edir.
- Kompüter diaqnostika proqramlarından istifadə edərək texnikalarda nasazlıqları müəyyən edir.
- Avtomatlaşdırılmış suvarma, gübrələmə və idarəetmə sistemlərinin işlək vəziyyətini təmin edir.
- PLC, sensor və idarəetmə panellərinin işinə nəzarət edir.
- GPS və telemetriya sistemlərinin işləməsini yoxlayır.
- Mürəkkəb elektron sxemlərin, naqillərin və sensorların (rütubət, məhsuldarlıq, sürət sensorları) təmirini və ya dəyişdirilməsini həyata keçirmək.
- Elektron modulların proqram təminatını (firmware) yeniləmək.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə.
- Nahar şirkət tərəfindən təmin edilir.
Ünvan: Biləsuvar rayonu. Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri təmin ediləcəkdir.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərəbilərsiniz. Email-in mövzu hissəsində “Elektronika mühəndisi Biləsuvar” qeyd etməyiniz xahiş olunur.
Oxşar vakansiyalar
A
Bugün
Network engineer (Technical Assistance Center)
AzInTelecom • Bakı
Remote
Müsahibə əsasındaMüraciət et
G
Bugün
Junior Industrial Engineer
Giltex • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Bugün
Elektrik Mühəndisi
Amper Elektrik • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
S
Bugün
Electrical Engineer
SOCAR Green • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Dünən
Elektrik mühəndisi
Azersun Holding • İmişli
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
N
Dünən
Elektrik - mühəndis
N1 Çörək Zavodu • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et