O
OBA marketlər şəbəkəsi
Əmək haqqı hesablaması üzrə aparıcı mütəxəssis
Müsahibə əsasında
Vakansiya haqqında
Təsvir
- Bütün əməkdaşların əsas əmək haqqının, əlavələrin, mükafatların, iş vaxtından artıq işə görə ödənişlərin, ezamiyyət və digər kompensasiya növlərinin SAP sistemində dəqiq və vaxtında hesablanmasını təmin etmək
- Aylıq əmək haqqı hesablama dövrünün (payroll cycle) əvvəldən sona qədər idarə olunması: məlumatların yığılması, yoxlanılması, hesablanması, təsdiqlənməsi və ödənişin icrası
- İşdən çıxma, məzuniyyət, xəstəlik vərəqləri, əmək qabiliyyətinin müvəqqəti itirilməsi kimi hallarda hesablamaların düzgün aparılması
- Yeni işə qəbul olunan və işdən azad olunan əməkdaşlar üzrə yekun hesablaşmaların (final settlement) həyata keçirilməsi
- Gəlir vergisi, Dövlət Sosial Müdafiə Fondu (DSMF) ayırmaları, işsizlikdən sığorta və tibbi sığorta ayırmalarının qanunvericiliyə tam uyğun hesablanması
- Qanunvericilikdəki dəyişikliklərin izlənməsi və SAP sistemində müvafiq tənzimləmələrin aparılması
- Rəhbərlik üçün aylıq/rüblük/illik əmək haqqı fondu üzrə analitik hesabatların hazırlanması
- Büdcə planlaşdırılması üçün əmək haqqı fondu üzrə proqnoz və hesablamaların aparılmasında iştirak
- Mühasibatlıq şöbəsi ilə əmək haqqı üzrə balans hesablarının tutuşdurulması (reconciliation)
SAP sistemi ilə iş:
- SAP HCM/Payroll modulunda əməkdaş məlumatlarının, tarif dərəcələrinin, hesablama qaydalarının aktual saxlanılması
- Sistemdə yaranan xətaların (payroll errors) aşkarlanması, səbəblərinin araşdırılması və aradan qaldırılması
- SAP-da yeni hesablama sxemlərinin, əlavə ödəniş növlərinin test edilməsi və tətbiqi prosesində iştirak
- Sistem yeniləmələri (upgrade) zamanı test proseslərində iştirak etmək
Tələblər
- Ali təhsil (maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya əlaqədar sahə üzrə)
- Əmək haqqı hesablanması sahəsində minimum 3-4 il iş təcrübəsi
- SAP sistemində (HCM/Payroll modulu) praktiki iş təcrübəsi mütləqdir
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi, vergi və sosial sığorta qanunvericiliyi üzrə dərin bilik
- MS Excel-də yüksək səviyyəli bacarıq (əlavə: Power Query/Pivot table bilikləri üstünlükdür)
- Analitik düşüncə, diqqətlilik və məxfiliyə riayət etmə bacarığı
- Komanda ilə işləmə və vaxt idarəetməsi bacarıqları
- Azərbaycan dilində sərbəst, rus və/və ya ingilis dilində bilik üstünlükdür
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Oxşar vakansiyalar
C
Bugün
Xərclər üzrə mühasib
Courtyard by Marriott Baku • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
S
Bugün
Defektoskopçu
SQS Group MMC • Bakı
Tam Ştat
1000 ₼Müraciət et
F
Bugün
Problemli kreditlər üzrə mütəxəssis
Finance • Bakı
Tam Ştat
500 ₼Müraciət et
A
Bugün
Mikro və Aqro kreditlər üzrə istiqamət rəhbəri (Bakı)
Azərbaycan Mikro Kredit BOKT • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
S
Dünən
Keyfiyyət auditi üzrə mütəxəssis
SR Group Co MMC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
S
Dünən
Senior Tax and Accounting Specialist
SOCAR Green • Bakı
Təcrübə
Müsahibə əsasındaMüraciət et