C
Courtyard by Marriott Baku
Xərclər üzrə mühasib
Müsahibə əsasında
Vakansiya haqqında
Şöbə: Maliyyə
Şirkət: “Baku Vinter Park Hotel Company”MMC
Ünvan: M.Füzuli və Ə.Topçubaşov küçələrin kəsişməsi, 300-303
İşin Əhatə Dairəsi və Ümumi Məqsədi:
- Xərclər üzrə mühasib məhsul və xidmətlərin istehsalı üçün tələb olunan xərclərin hesablanması və idarə edilməsinə cavabdehdir. Bu vəzifə üzrə əməkdaş istehsal dəyərinin, satış qiymətlərinin və gəlirliliyin müəyyən edilməsində mühasibatlıq modellərindən istifadə etməklə dəqiq maliyyə təhlilləri həyata keçirir.
İşin təsviri:
- Təsərrüfat şöbəsinin fəaliyyət sistemini və mehmanxananın daxili nəzarət prosedurlarını tam şəkildə mənimsəmək;
- Təchizat şöbəsi tərəfindən verilən bütün sifarişlərin otelin siyasət və prosedurlarına uyğunluğunu təmin etmək;
- Anbar ehtiyatlarına nəzarət etmək və zəif dövriyyəli malların təhlilini aparmaq;
- Qəbul edilən mallarla bağlı hesabat və sənədləri gündəlik yoxlamaq;
- Malların verilməsi üzrə prosedurlara və müəyyən edilmiş müddətlərə riayət olunmasını təmin etmək;
- Verilən mallar üzrə hesabatları gündəlik yoxlamaq və sifarişlərin düzgün yerləşdirilməsini nəzarətdə saxlamaq;
- Təchizat şöbəsində istifadə olunan avadanlıqların saz vəziyyətdə olmasına və düzgün istifadə edilməsinə nəzarət etmək;
- Həftəlik Qida və İçki xərcləri üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Aylıq inventar sayımlarını həyata keçirmək və aşkar olunan uyğunsuzluqlar barədə Maliyyə Menecerini məlumatlandırmaq;
- Mühasibatlıq şöbəsinin fəaliyyətini koordinasiya etmək və əməkdaşların vəzifə öhdəliklərinə nəzarət etmək;
- Aylıq maliyyə və statistik hesabatların hazırlanmasında Maliyyə Direktoruna dəstək göstərmək;
- Hesabatların müəyyən edilmiş son tarixlərdə tamamlanmasını təmin etmək;
- Otelin mühasibatlıq sistemləri, siyasət və prosedurlarına uyğun fəaliyyət göstərmək;
- Maliyyə əməliyyatları üzrə müşayiətedici sənədləri və daxili nəzarət tədbirlərini mütəmadi yoxlamaq;
- Bank hesabları və baş kitab üzrə aylıq üzləşdirmələr hazırlamaq və yoxlanılması üçün Maliyyə Direktoruna təqdim etmək;
- Büdcə və proqnozların hazırlanmasında iştirak etmək;
- Şöbə rəhbərlərinə xərclər və büdcə planlaması üzrə dəstək vermək;
- ƏDV, əməkhaqqı vergiləri və digər qanunvericiliklə tələb olunan ödənişlərin düzgün və vaxtında həyata keçirilməsini təmin etmək.
Namizədə olan tələblər
- Maliyyə və ya mühasibatlıq sahəsində minimum 2-3 il iş təcrübəsi;
- Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
- İngilis dili biliyi üstünlük hesab olunur;
- Maliyyə təhlili, məlumatların idarə edilməsi və kompüter proqramları üzrə yaxşı biliklər;
- Komandada işləmək bacarığı;
- Məsuliyyətlilik, təşkilatçılıq, operativlik və təşəbbüskarlıq;
- Özünüinkişafa və peşəkar inkişaf etməyə meyillilik.
Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Xərclər üzrə mühasib” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. İstək olunan formatda göndərilməyən müraciətlərə baxılmaya bilər.
Oxşar vakansiyalar
S
Bugün
Defektoskopçu
SQS Group MMC • Bakı
Tam Ştat
1000 ₼Müraciət et
F
Bugün
Problemli kreditlər üzrə mütəxəssis
Finance • Bakı
Tam Ştat
500 ₼Müraciət et
O
Bugün
Əmək haqqı hesablaması üzrə aparıcı mütəxəssis
OBA marketlər şəbəkəsi • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Bugün
Mikro və Aqro kreditlər üzrə istiqamət rəhbəri (Bakı)
Azərbaycan Mikro Kredit BOKT • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
S
Dünən
Keyfiyyət auditi üzrə mütəxəssis
SR Group Co MMC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
S
Dünən
Senior Tax and Accounting Specialist
SOCAR Green • Bakı
Təcrübə
Müsahibə əsasındaMüraciət et