P

PASHA Life

Son tarix: 13 Sentyabr 2026

Əməyin mühafizəsi üzrə mühəndis

MühəndislikBakıTam Ştat13 Avqust 202676

Müsahibə əsasında

Vakansiya haqqında

İnzibati işlər şöbəsi

Vəzifə Öhdəlikləri:

  • Müəssisədə əməyin mühafizəsi və texniki təhlükəsizlik işini təşkil və nəzarət etmək;
  • Əməyin mühafizəsi üzrə qanunvericilik və normativ tələblərə əməl olunmasını təmin etmək;
  • İşçilərə giriş, növbəti və növbədənkənar təhlükəsizlik təlimatlarını keçmək və sənədləşdirmək;
  • Təlimatların və bilik yoxlamalarının düzgün aparılmasına nəzarət etmək;
  • Bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması üzrə tədbirlər hazırlamaq;
  • İllik əməyin mühafizəsi tədbirlər planını hazırlamaq və icrasına nəzarət etmək;
  • İş yerlərində mütəmadi təhlükəsizlik yoxlamaları aparmaq və aşkar edilmiş nöqsanların aradan qaldırılmasını təmin etmək;
  • İşçilərin tibbi müayinələrinin və təhlükəsiz əmək şəraitinin təşkilinə nəzarət etmək;
  • Yanğın təhlükəsizliyi, sanitariya-gigiyena, ventilyasiya və işıqlandırma tələblərinə əməl olunmasını yoxlamaq;
  • Əməyin mühafizəsi üzrə yazılı göstərişlər hazırlamaq və icrasını nəzarətdə saxlamaq;
  • Əməyin mühafizəsi üzrə aylıq və illik hesabatlar hazırlamaq;
  • Zəruri hallarda rəhbərliyin tapşırığı ilə aidiyyəti qurumlarda müəssisəni təmsil etmək.

Namizədə olan tələblər:

  • İş təcrübəsi: Sahə üzrə 2 il iş təcrübəsi tələb olunur.
  • Təhsili: İstənilən sahə üzrə bakalavr dərəcəsi tələb olunur.
  • Dil bilikləri: Azərbaycan dili:əla , Rus dili:orta , İngilis dili:orta
  • Kompüter bilikləri: MS Office:əla
  • Fərdi keyfiyyətlər: Nəticəyə əsaslanma; Müştəri yönümlülük; İnam yaratma; Komanda işi; Əməkdaşlıq və keyfiyyət yönümlülük; Məlumat əldəetmə; Problem həlletmə; Analitik düşüncə və problem həll etmə bacarığı.

​​​​​​​Biz nə təklif edirik:

  • Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
  • Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
  • Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
  • Ödənişsiz dayanacaq imkanının təmin olunması;
  • “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
  • İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiyalar