F
Fairmont Baku
Əməyin Mühafizəsi və HACCP üzrə İnzibati Köməkçi
Müsahibə əsasında
Vakansiya haqqında
Vəzifə öhdəlikləri
- Əməyin mühafizəsi və təhlükəsizlik departamentinin gündəlik fəaliyyətinin təşkilinə və həyata keçirilməsinə dəstək göstərmək;
- Yeni işə qəbul edilmiş əməkdaşlar üçün ilkin giriş təlimatlarının təşkilində, əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə təlimlərin keçirilməsində iştirak etmək;
- Əməkdaşların qanunvericiliklə nəzərdə tutulmuş tibbi müayinələrinin vaxtında təşkilinə dəstək göstərmək;
- İş yerlərində təhlükəli vəziyyətlərin və təhlükəsizlik tələblərinə uyğunsuzluqların müəyyən edilməsi, aidiyyəti şəxslərə bildirilməsi və aradan qaldırılması prosesində iştirak etmək;
- İstehsalatda baş vermiş bədbəxt hadisələrlə bağlı sənədlərin toplanması, qeydiyyatı və araşdırılması prosesinə inzibati dəstək göstərmək;
- Fərdi mühafizə vasitələrinin, xüsusi geyim və ayaqqabıların uçotunun aparılmasına və düzgün istifadəsinə nəzarət prosesinə dəstək göstərmək;
- Əməyin mühafizəsi üzrə qeydiyyat jurnallarının, hesabatların, aktların və digər sənədlərin hazırlanmasını, yenilənməsini və sistemləşdirilməsini həyata keçirmək;
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik və fövqəladə hallara hazırlıq üzrə maarifləndirmə və profilaktik tədbirlərin təşkilində iştirak etmək;
- Otelin ərazisində ekoloji təhlükəsizlik, tullantıların idarə olunması və ətraf mühitin qorunması üzrə tədbirlərə dəstək göstərmək;
- HACCP sistemi çərçivəsində qida təhlükəsizliyi prosedurlarının tətbiqinə, monitorinq formalarının, yoxlama vərəqlərinin və qeydiyyat jurnallarının aparılmasına dəstək göstərmək;
- Qida təhlükəsizliyi üzrə əməkdaşların məlumatlandırılması və təlimatlandırılması prosesində iştirak etmək;
- 1C proqramı vasitəsilə müvafiq məlumatların sistemə daxil edilməsini və işlənməsini həyata keçirmək;
- Davamiyyət cədvəllərinin, iş qrafiklərinin və məzuniyyət planlarının hazırlanmasına, eləcə də departamentin işə qəbul və digər inzibati proseslərinə dəstək göstərmək;
- Departamentin sənədlərinin məxfiliyinin qorunmasını, düzgün arxivləşdirilməsini və saxlanılmasını təmin etmək.
Tələblər
- Ali və ya orta ixtisas təhsili (əməyin mühafizəsi, texniki təhlükəsizlik, ekologiya, qida təhlükəsizliyi və ya əlaqəli sahələr üzrə təhsil üstünlükdür);
- Azərbaycan dili sərbəst, rus dili və ingilis dili bilikləri yaxşı səviyyədə bilmək (şifahi və yazılı)
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik sahəsində ilkin biliklər;
- Əmək qanunvericiliyi və əməyin mühafizəsi üzrə normativ sənədlər haqqında ümumi məlumatlılıq;
- HACCP və qida təhlükəsizliyi prinsipləri barədə biliklər üstünlükdür;
- MS Office proqramlarında (xüsusilə Excel və Word) işləmək bacarığı;
- 1C proqramı üzrə bilik və təcrübə üstünlükdür;
- Sənədləşmə və hesabatların hazırlanması bacarığı;
- Yüksək təşkilatçılıq, diqqətlilik və məsuliyyətlilik;
- Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
- Operativlik, təşəbbüskarlıq və detallara diqqət.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Yeni vakansiyaları qaçırma!
Hansı platformada rahatsansa, orada izlə.
Oxşar vakansiyalar
B
Administrator
Beauttech
BakıTam Ştat
700 ₼Bugün
A
Nəzarətçi - Xırdalan
Azza Gastronom
BakıTam Ştat
550 ₼Bugün
G
Ofis Meneceri
Grinco
BakıTam Ştat
600 ₼Bugün
A
Direktor
AgroTrade Supply
BakıTam Ştat
Müsahibə əsasındaBugün
I
Project HSE Coordinator
IRES
BakıTəcrübə
Müsahibə əsasındaBugün
X
Xadimə
Xətai 50 MMMC
BakıTam Ştat
450 ₼Bugün
