Energazer
Enerji effektivliyi və enerji auditləri üzrə HVAC mühəndisi
Müsahibə əsasında
Vakansiya haqqında
Enerji effektivliyi və enerji auditləri üzrə HVAC mühəndisi
İş yeri: Bakı, Azərbaycan
İş rejimi: Tam ştat / Ofisdə
Sahə: Enerji effektivliyi / Enerji auditi / HVAC
Vəzifə haqqında
Enerji auditlərində aktiv iştirak edəcək, obyektlərdə ölçmələr aparacaq, HVAC sistemlərinin enerji performansını təhlil edib texniki hesabatlar hazırlayacaq təcrübəli mühəndis axtarırıq.
Vəzifə öhdəlikləri
- Enerji auditlərində HVAC sistemlərinin texniki qiymətləndirilməsi;
- Temperatur, rütubət, hava sürəti və sərfi, təzyiq və su sərfi üzrə sahə ölçmələrinin aparılması;
- Chiller, AHU, FCU, VRF/VRV, isitmə və havalandırma sistemlərinin enerji analizləri;
- COP, EER, SEER və digər enerji performans göstəricilərinin qiymətləndirilməsi;
- Ölçmə nəticələrinin emalı və enerji auditi hesabatlarının hazırlanması;
- Enerjiyə qənaət tədbirlərinin (ECM) və geriödəmə müddətinin hesablanması;
- Layihə komandası və müştərilərlə texniki koordinasiya.
Əsas kvalifikasiya tələbləri
- Mexanika mühəndisliyi, HVAC, istilik energetikası və ya müvafiq sahədə ali təhsil;
- HVAC sistemləri üzrə minimum 3 il peşəkar iş təcrübəsi (mütləqdir);
- Sahədə ölçmə cihazlarından istifadə və faktiki performansı təhlil etmək bacarığı;
- İsitmə, soyutma, havalandırma və istilik mübadiləsi üzrə güclü texniki biliklər;
- Enerji qənaəti hesablamaları və texniki hesabat hazırlamaq bacarığı;
- MS Excel və AutoCAD ilə işləmək; regionlara ezamiyyətə hazır olmaq.
Üstünlük veriləcək
- Enerji auditi və enerji effektivliyi layihələrində təcrübə;
- ISO 50001, ISO 50002, ASHRAE və enerji modelləşdirmə proqramları üzrə biliklər;
- İngilis və rus dilləri; enerji auditoru sertifikatı.
Təklif edirik
- Enerji auditi və enerji effektivliyi layihələrində iştirak;
- Təcrübəyə uyğun əməkhaqqı və inkişaf imkanları.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. E-mail mövzusu: HVAC Engineer – Energy Efficiency & Energy Audit
Yeni vakansiyaları qaçırma!
Hansı platformada rahatsansa, orada izlə.
Oxşar vakansiyalar
Enerji effektivliyi və enerji auditləri üzrə Memar
Energazer • Bakı
Yanğın təhlükəsizliyi üzrə mütəxəssis
Kristal • Bakı
Usta
Kaspi Təhsil Şirkəti • Bakı
Qaynaqçı
İrfu istilik sistemləri • Bakı
Fəhlə
Koral İst • Bakı
Formen
CSS LLC • Bakı