K
Kristal
Yanğın təhlükəsizliyi üzrə mütəxəssis - Kristal (Bakı, 2026)
Müsahibə əsasında
Vakansiya haqqında
Tələblər:
- Yanğın təhlükəsizliyi, əməyin mühafizəsi, təhlükəsizlik və ya əlaqəli sahə üzrə bilik və iş təcrübəsi;
- Yanğın təhlükəsizliyi norma və qaydaları barədə məlumatlı olmaq;
- Tikinti sahəsində iş təcrübəsi üstünlükdür;
- Obyektlərdə mütəmadi sahə yoxlamaları aparmağa hazır olmaq;
- Məsuliyyətli, diqqətli, tələbkar və operativ olmaq;
- Aşkar edilmiş risk və nöqsanları düzgün qiymətləndirmək və onların aradan qaldırılmasını izləmək bacarığı;
- Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti.
Vəzifə öhdəlikləri:
- Şirkətin tikinti layihələrində və hazır obyektlərində yanğın təhlükəsizliyi qaydalarına və tələblərinə riayət olunmasına nəzarət etmək;
- Obyektlərdə mütəmadi yoxlamalar aparmaq, yanğın riski yaradan halları və uyğunsuzluqları müəyyən etmək;
- Aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün məsul şəxslərə müvafiq göstəriş və təkliflər vermək, icrasını nəzarətdə saxlamaq;
- Yanğınsöndürmə balonlarının, yanğın şkaflarının, hidrantların, siqnalizasiya və digər yanğından mühafizə vasitələrinin mövcudluğuna və işlək vəziyyətdə saxlanılmasına nəzarət etmək;
- Təxliyə yollarının, çıxışların və yanğın təhlükəsizliyi nişanlarının tələblərə uyğun vəziyyətdə olmasını yoxlamaq;
- Tikinti sahələrində qaynaq, kəsmə və digər yanğın təhlükəli işlərin təhlükəsizlik tələblərinə uyğun aparılmasına nəzarət etmək;
- Yanıcı və tezalışan materialların saxlanılması və istifadəsi zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını yoxlamaq;
- Əməkdaşların yanğın təhlükəsizliyi üzrə təlimatlandırılmasında iştirak etmək və zəruri maarifləndirmə işləri aparmaq;
- Fövqəladə hal zamanı təxliyə və ilkin yanğınsöndürmə tədbirləri üzrə hazırlıq vəziyyətini nəzarətdə saxlamaq;
- Yanğın təhlükəsizliyi ilə bağlı yoxlama nəticələrini, aşkar edilmiş nöqsanları və görülmüş tədbirləri sənədləşdirmək və rəhbərliyə hesabat təqdim etmək;
- Yanğın təhlükəsizliyi üzrə daxili qayda və prosedurların icrasına nəzarət etmək.
İş şəraiti:
- 6 günlük iş qrafiki;
- İş yeri: Bakı şəhəri və şirkətin layihələri;
- Əmək haqqı namizədin bilik, təcrübə və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Yanğın təhlükəsizliyi üzrə mütəxəssis” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Yeni vakansiyaları qaçırma!
Hansı platformada rahatsansa, orada izlə.
Oxşar vakansiyalar
E
Bugün
Enerji effektivliyi və enerji auditləri üzrə HVAC mühəndisi
Energazer • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
E
Bugün
Enerji effektivliyi və enerji auditləri üzrə Memar
Energazer • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
K
Bugün
Usta
Kaspi Təhsil Şirkəti • Bakı
Təcrübə
Müsahibə əsasındaMüraciət et
İ
Bugün
Qaynaqçı
İrfu istilik sistemləri • Bakı
Tam Ştat
1000 ₼Müraciət et
K
Bugün
Fəhlə
Koral İst • Bakı
Tam Ştat
400 ₼Müraciət et
C
Bugün
Formen
CSS LLC • Bakı
Tam Ştat
1700 ₼Müraciət et