P

Peçar Dönər

Son tarix: 27 Sentyabr 2026

Ərazi operatoru

İnzibati İşlərBakıTam Ştat19 Avqust 202633

Vakansiya haqqında

Peçat Dönər şəbəkəsinin bir neçə filialının əməliyyat və maliyyə göstəricilərinə cavabdeh olacaq Ərazi Meneceri axtarırıq.

Vəzifə öhdəlikləri:

  • Cavabdeh olduğu filiallar üzrə satış, mənfəət və əməliyyat hədəflərinin icrasına nəzarət
  • Filial müdirlərinin təlimi, inkişafı və performansının qiymətləndirilməsi
  • Bütün filiallarda brend standartlarının (keyfiyyət, xidmət, təmizlik) vahid şəkildə tətbiqi üzrə audit və yoxlamalar
  • Filiallar arası əməliyyat problemlərinin aşkarlanması və həlli planlarının hazırlanması
  • Maliyyə hesabatlarının təhlili, xərc və əmək itkisinin (labor cost) idarə olunması
  • Yeni filialların açılışında əməliyyat proseslərinin qurulmasına dəstək
  • Rəhbərliklə mütəmadi əlaqə və strateji planlaşdırmada iştirak
  • Filiallar arasında mütəmadi səyahət və sahədə (on-site) nəzarət

Namizədə tələblər:

  • Restoran/pərakəndə satış sahəsində ən azı 3 il təcrübə, bunun 1-2 ili çoxfilial idarəetmə səviyyəsində
  • Filial müdirlərini inkişaf etdirmə və komanda qurma bacarığı
  • Maliyyə göstəricilərini (P&L) oxuma və təhlil etmə bacarığı
  • Yüksək təşkilatçılıq və analitik düşüncə
  • Sürücülük vəsiqəsi (filiallar arası mobillik üçün)
  • Ali təhsil üstünlükdür

Biz təklif edirik:

  • Yüksək əmək haqqı + hədəf əsaslı bonus sistemi
  • Nəqliyyat/yanacaq kompensasiyası
  • Şəbəkənin böyüməsində birbaşa iştirak imkanı
  • Rəsmi əmək müqaviləsi və sosial paket

Oxşar vakansiyalar