P

Peçar Dönər

Son tarix: 27 Sentyabr 2026

Filial meneceri

İnzibati İşlərBakıTam Ştat19 Avqust 202633

Vakansiya haqqında

Peçat Dönər restoran şəbəkəsi komandasını gücləndirmək üçün öz filialının əməliyyatlarına tam məsuliyyət daşıyacaq Filial Müdiri axtarır.

Vəzifə öhdəlikləri:

  • Filialın gündəlik əməliyyatlarının idarə edilməsi (açılış-bağlanış, növbə planlaşdırması, kassa nəzarəti)
  • Xidmət keyfiyyəti, sürəti və müştəri məmnuniyyəti standartlarının təmin edilməsi
  • Komandanın işə qəbulu, təlimi və inkişafının təşkili
  • Qida təhlükəsizliyi, gigiyena və sanitar norma tələblərinə tam riayət
  • Anbar və inventar idarəçiliyi — sifarişlərin verilməsi, itki və israfın minimuma endirilməsi
  • Satış və mənfəət hədəflərinin yerinə yetirilməsi, gündəlik/həftəlik hesabatların ərazi menecerinə təqdimi
  • Nağd pul dövriyyəsinə və kassa balansına nəzarət
  • Avadanlığın texniki vəziyyətinin izlənməsi, təmir-baxım işlərinin təşkili

Namizədə tələblər:

  • Restoran/fast-food sahəsində ən azı 1-2 il rəhbər təcrübə (meneceric, admin, smena rəhbəri s. mövqelərdə)
  • Komanda idarəetmə və liderlik bacarığı
  • Stresli mühitdə operativ qərar vermə qabiliyyəti
  • Əsas Excel/hesabat bacarıqları
  • Azərbaycan dilində sərbəst danışıq (rus/ingilis dili üstünlükdür)

Biz təklif edirik:

  • Rəqabətqabiliyyətli əmək haqqı + KPI əsaslı bonus
  • Karyera inkişafı imkanı — filialdan ərazi menecerliyinə qədər
  • Təlim və mentorluq proqramı
  • Rəsmi əmək müqaviləsi

Oxşar vakansiyalar