M

Mpay MMC

Son tarix: 15 Oktyabr 2026

Ərazi üzrə texnik

İnşaat və MemarlıqBakıTam Ştat15 Sentyabr 202651

Müsahibə əsasında

Vakansiya haqqında

İş Təsviri

  • Təhkim olunmuş terminal açarlarının, əmlakın və ehtiyat hissələrinin daimi mövcudluğuna nəzarət etmək.
  • Terminalların uzunmüddətli və fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə profilaktik baxışları həyata keçirmək, cari təmir və bərpa işlərini yerinə yetirmək.
  • Təhkim olunmuş ərazini coğrafi baxımdan yaxşı tanımaq və operativ şəkildə fəaliyyət göstərmək.
  • Ərazi üzrə görülən texniki işlər barədə məlumatları düzgün və dolğun şəkildə onlayn rejimdə aparıcı texnikə elektron poçt vasitəsilə təqdim etmək.
  • İş rejimi qaydalarına riayət etmək və əraziyə çıxış-qayıdış prosesini müəyyən edilmiş qaydalara uyğun həyata keçirmək.
  • İş vaxtının sonuna yaxın terminalda müştərinin kartının qalması hallarında dərhal hadisə yerinə gedərək kartı çıxarmaq və müştəri məmnuniyyətini təmin etmək.
  • Terminalın daxilində, pulqəbuledicidə və kasetdə aşkar edilən vəsaiti təlimata uyğun şəkildə müvafiq hesaba keçirmək, mümkün olmadıqda isə ofisə gətirərək aidiyyəti üzrə təhvil vermək.
  • Zərurət yarandıqda görülən işləri foto və qısa video görüntülərlə qeydə almaq.
  • İş geyiminin, eləcə də şəxsi görünüşün (üz və saçın) daim səliqəli olmasını təmin etmək.
  • İş zamanı rəhbərlik, iş yoldaşları, terminalın quraşdırıldığı obyekt sahibləri, abonentlər və digər şəxslərlə etik davranış qaydalarına riayət etmək.
  • Texniki bilik və bacarıqları mütəmadi olaraq inkişaf etdirmək.
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları operativ və çevik şəkildə yerinə yetirmək.

Tələb Olunan Bacarıqlar

  • Windows 7 əməliyyat sisteminin quraşdırılması və drayverlərin tam şəkildə yüklənməsi üzrə praktiki bilik.
  • Linux əməliyyat sistemi üzrə əsaslı biliklər.
  • Sistem blokunun daxili quruluşu (Hardware) haqqında yaxşı bilik.
  • Elektrik əsasları, o cümlədən gərginlik, cərəyan və müqavimət arasındakı əlaqələr (Om qanunu) barədə ilkin bilik.
  • Kompüter avadanlıqlarının diaqnostikası və texniki nasazlıqların aradan qaldırılması bacarığı.
  • Problemləri operativ həll etmə və məsuliyyətli işləmə bacarığı.
  • Komandada işləmək və ünsiyyət qurmaq bacarığı.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Oxşar vakansiyalar