H
Hayat Group MMC
İnşaat mühəndisi / Tikinti üzrə iş icraçısı
5000 ₼
Vakansiya haqqında
Ukraynanın Xmelnitski şəhərində həyata keçirdiyimiz sanitar tullantı poliqonu layihəsində subpodratçı tərəfindən görülən metal konstruksiya və dəmir-beton işlərinə nəzarət etmək və onları yoxlamaq üçün rus dilini yaxşı bilən Tikinti üzrə İş İcraçısı və ya İnşaat Mühəndisi axtarırıq.
Layihə Ukraynanın Xmelnitski şəhərində həyata keçiriləcək və xərclər şirkətimiz tərəfindən qarşılanacaq.
CV ləri - MÜHƏNDİS başlığı altında [email protected] mail ünvanına göndərə bilərsiz.
Tələblər:
- Rus dilini yaxşı bilmək və texniki məsələlərlə bağlı yerli subpodratçılarla birbaşa ünsiyyət qurmaq bacarığı.
- İnşaat mühəndisliyi üzrə ali təhsil və ya Tikinti üzrə İş İcraçısı kimi müvafiq iş təcrübəsi.
- Metal konstruksiya və dəmir-beton işləri üzrə sahə təcrübəsi, o cümlədən subpodratçıların fəaliyyətinə nəzarət və görülən işlərin yoxlanılması üzrə təcrübə.
- Qəlib, armatur, betonlama, ankerlərin quraşdırılması və metal konstruksiyaların montajı üzrə yaxşı texniki biliklər.
- Dəmir-beton və metal konstruksiya çertyojlarını oxumaq, koordinat oxlarını, hündürlük səviyyələrini və ölçüləri yoxlamaq bacarığı.
Ukraynada tikinti sahəsində işləməyə hazır olmaq və bunun üçün müvafiq imkanlara malik olmaq.
Vəzifə öhdəlikləri:
- Subpodratçının gördüyü işlərin təsdiq edilmiş çertyojlara, texniki spesifikasiyalara və iş proqramına uyğunluğunu yoxlamaq.
- Betonlama işlərindən əvvəl qəlibləri, armaturu və ankerləri yoxlamaq, həmçinin metal konstruksiyaların montajına və birləşmə detallarına nəzarət etmək.
- Natamam və ya qüsurlu işləri müəyyən etmək, bu barədə sahə rəhbərliyinə məlumat vermək və tələb olunan düzəlişlərin yerinə yetirilməsinə nəzarət etmək.
- Subpodratçının gündəlik iş gedişatını, işçi qüvvəsinin və texnikasının iş həcminə uyğunluğunu izləmək və sahə rəhbərliyinə hesabat vermək.
- Subpodratçının əməyin mühafizəsi və təhlükəsizlik tələblərinə riayət etməsinə nəzarət etmək.
Oxşar vakansiyalar
K
Bugün
Fəhlə (Çeşidləmə anbarı)
Kontakt Home • Bakı
Tam Ştat
550 ₼Müraciət et
A
Bugün
Elektrik (Zirə)
AMO Group • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
O
Bugün
Fəhlə
Omid Mağazalar şəbəkəsi • Bakı
Tam Ştat
530 ₼Müraciət et
A
Dünən
Texniki Sənədləşmə üzrə Mütəxəssis
AT - Geotech MMC • Bakı
Tam Ştat
600 ₼Müraciət et
O
Dünən
Tikintiyə nəzarət üzrə Baş Mühəndis
OBA marketlər şəbəkəsi • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Dünən
Növbətçi-elektrik montyoru
AzerFloat • Sumqayıt
Tam Ştat
Müsahibə əsasındaMüraciət et