E

Esim Pro MMC

Son tarix: 24 Sentyabr 2026

eSIM Operatoru (Online / Evdən iş)

Müştəri XidmətləriBakıTəcrübə24 Avqust 2026101

600

Vakansiya haqqında

 

Yalnız xanımlar müraciət edə bilər.

İş həftəsi: 6 gün

İstirahət günü: Bazar

İş saatları: 17:30 – 03:00

İş formatı: 100% onlayn, evdən

 

İşə qəbul olunan əməkdaşa sistemin və iş prosesinin tam öyrədilməsi üçün 1 aylıq onlayn təlim keçiriləcək.

 

Təlim müddətində əməkdaş şirkətin istifadə etdiyi sistemlər, eSIM əməliyyatları, müştəri dəstəyi və iş prosesi ilə bağlı bütün lazımi bilikləri əldə edəcək.

Təlim müddətində əmək haqqı yarım məbləğdə hesablanır.

 

Mobil operator sahəsində təcrübə

 

eSIM və mobil internet texnologiyaları üzrə bilik

Texniki problemləri tez analiz etmək bacarığı

Müştəri xidmətində iş təcrübəsi

Qeyd: Namizədin hər üç dildə — rus, ingilis və türk dillərində həm yazılı, həm də şifahi ünsiyyət bacarığı olmalıdır.

Tələblər:

Rus, İngilis və Türk dillərində yazılı və şifahi ünsiyyət bacarığı mütləqdir — minimum C1 səviyyəsi.

Yerli mobil operatorlardan birində (Azercell, Bakcell, Nar və s.) iş təcrübəsinin olması üstünlük deyil, mütləq tələbdir.

eSIM texnologiyası haqqında praktiki məlumatı olmalıdır.

eSIM-in nə olduğu, necə aktivləşdirildiyi və telefona necə quraşdırıldığı barədə məlumatlı olmalıdır.

Müştərilərin texniki suallarını operativ və düzgün cavablandırmağı bacarmalıdır.

Kompüterdən sərbəst istifadə etməli və onlayn sistemlərlə işləmə bacarığı olmalıdır.

Məsuliyyətli, diqqətli və səbirli olmalıdır.

Oxşar vakansiyalar