C

Capital Construction MMC

Son tarix: 15 Oktyabr 2026

Fəhlə - ilməkçi (riger) peşəsi üzrə

İnşaat və MemarlıqBakıTam Ştat16 Sentyabr 202638

1100

Vakansiya haqqında

Peşə və funksional öhdəliklər:

  • Cəmiyyətdə yüklərin, avadanlıqların, mexanizmlərin və konstruksiyaların daşınması, qaldırılması və quraşdırılması işlərini yerinə yetirmək;
  • İşə başlamazdan əvvəl trosların, kəndirlərin, zəncirlərin, ilgəclərin və digər takelaj avadanlıqlarının texniki sazlığını yoxlamaq;
  • Yüklərin kütləsi və forması (konfiqurasiyası) əsasında tros, kanat, zəncir və digər xüsusi takelaj ləvazimatlarını seçmək və onların texniki vəziyyətini yoxlamaq;
  • Daşınacaq yüklərin, avadanlıqların, mexanizmlərin və konstruksiyaların ümumi kütləsini və ağırlıq mərkəzini düzgün müəyyənləşdirmək;
  • Yükün çəkisini, ölçülərini və ağırlıq mərkəzini nəzərə alaraq təhlükəsiz daşınma sxemini hazırlamaq;
  • Yüklərin düzgün şəkildə bağlanmasını (strop olunmasını) və təhlükəsiz şəkildə açılmasını təmin etmək;
  • Daşınma zamanı yük hissələrinin yerindən tərpənməsinin və düşməsinin qarşısını almaq;
  • Stropların zədələnməsinin qarşısını almaq üçün iti kənarlı səthlərə xüsusi qoruyucu altlıqlar qoymaq;
  • Qeyri-standart, uzunölçülü və iri qabaritli yüklərlə işləyərkən xüsusi qaldırma və sabitləmə metodlarından istifadə etmək;
  • Qaldırıcı qurğularla işləyərkən kran operatorları və digər əməkdaşlarla koordinasiyalı fəaliyyət göstərmək, onlara aydın və dəqiq göstərişlər vermək;
  • Dar keçidlərdə və mürəkkəb şəraitdə yüklərin və avadanlıqların dəqiq və düzgün yerləşdirilməsini həyata keçirmək;

Namizədə dair tələblər:

  • Müvafiq peşə üzrə iş təcrübəsi (tikinti layihələri üzrə təcrübə üstünlükdür);
  • Fiziki cəhətdən sağlam və işə davamlı olmaq
  • İlməkçi işləmək üçün sertifkatın olması zəruridir
  • Verilən tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək
  • Tikinti sahəsində işləmək istəyi və öyrənməyə açıq olmaq
  • Əl alətləri ilə işləmək bacarığı (üstünlükdür)

İş şəraiti: 

  • İş yeri: Bakı şəhəri, Nizami r.
  • İş qrafiki: 6 günlük iş həftəsi;
  • Əmək haqqı: 1100 manat 

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Fəhlə-ilməkçi (riger)” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə və ya 077 499 11 12 bilərlər. 

Oxşar vakansiyalar