İ
İnternational BOKT
Filialların idarə edilməsi və satış departamentinin Analitika şöbəsində mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis
Müsahibə əsasında
Vakansiya haqqında
BOKT “INTERNATIONAL” ASC Filialların idarə edilməsi və satış departamentinin Analitika şöbəsində mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis vəzifəsinə işçi qəbulu elan edir
Əsas vəzifə öhdəlikləri:
- Filialların fəaliyyət göstəricilərinin gündəlik, həftəlik və aylıq əsasda təhlilini aparmaq;
- Faktiki göstəricilərin plan və əvvəlki dövrlərin nəticələri ilə müqayisəli təhlilini aparmaq, kənarlaşmaları müəyyən etmək və səbəblərini araşdırmaq;
- Filialların fəaliyyət nəticələri üzrə gündəlik, həftəlik, aylıq və rüblük analitik hesabatların hazırlanmasında iştirak etmək;
- Filialların satış dinamikasını, məhsuldarlığını və fəaliyyət səmərəliliyini təhlil etmək, inkişaf imkanlarını müəyyənləşdirmək;
- Filialların fəaliyyət göstəriciləri əsasında müxtəlif analitik hesabatlar və təqdimatlar hazırlamaq;
- Aşkar edilmiş məlumat uyğunsuzluqları və kənarlaşmalarla bağlı aidiyyəti struktur bölmələrlə koordinasiya aparmaq;
- Filialların fəaliyyətinin və satış nəticələrinin yaxşılaşdırılması ilə bağlı analitik əsaslandırılmış təkliflər hazırlamaq;
- Yeni məhsul, satış kampaniyası, motivasiya və digər layihələrin nəticələrinin analitik qiymətləndirilməsində iştirak etmək;
- Rəhbərliyin və şöbə rəhbərinin tapşırıqları əsasında xüsusi analitik təhlillər və hesabatlar hazırlamaq.
Namizədə tələblər:
- Maliyyə, iqtisadiyyat, idarəetmə və ya əlaqəli sahə üzrə ali təhsil;
- Bank və ya bank olmayan kredit təşkilatında Analitika, satış və ya kredit sahəsində iş təcrübəsi;
- Kredit məhsulları, kredit riskləri və satış prosesləri üzrə biliklər;
- Analitik hesabatların hazırlanması və məlumatların vizuallaşdırılması bacarığı
- Analitik düşünmə, məsuliyyətlilik və qərarvermə qabiliyyəti;
- Komandada işləmək və müxtəlif struktur bölmələri ilə effektiv kommunikasiya qurmaq bacarığı;
- Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı
- MS Office proqramlarında sərbəst işləmək bacarığı.
Şirkət təklif edir:
- Rəqabətqabiliyyətli əmək haqqı;
- Bonus və motivasiya sistemi;
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
İş qrafiki:
- Bazar ertəsi – Cümə: 09:00 – 18:00
Maraqlanan namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına Subject/Mövzu hissəsində “Analitika şöbənin mütəxəssisi/aparıcı mütəxəssisi/baş mütəxəssisi” qeyd etməklə göndərmələri xahiş olunur.
Oxşar vakansiyalar
P
Bugün
Senior Mobile Developer (Android+İOS)
Predsol • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
Z
Bugün
1C Proqramlaşdırma üzrə Mütəxəssis (Şirvan)
Zeytun Pharmaceuticals • Şirvan
Tam Ştat
700 ₼Müraciət et
T
Bugün
Middle DevOps Engineer
TuranBank ASC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
P
Bugün
Senior Frontend Developer (React/TypeScript)
Predsol • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
P
Bugün
Senior Backend Developer (Node.js/TypeScript)
Predsol • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
P
Bugün
Senior QA / Test Engineer (Manual + Automation)
Predsol • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et