P

PASHA Insurance

Son tarix: 29 İyul 2026

Front end üzrə mükəməllik mərkəzinin rəhbəri

İnformasiya TexnologiyalarıBakıTam Ştat29 İyun 2026113

Müsahibə əsasında

Vakansiya haqqında

PAŞA Sığorta ASC namizədləri Front end üzrə mükəməllik mərkəzinin rəhbəri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Bu vəzifə şirkətin frontend texnologiyalarının inkişafına rəhbərlik edir, sistem və komponent arxitekturasının hazırlanmasını, istifadəçi təcrübəsinə əsaslanan performanslı və təhlükəsiz veb tətbiqlərin yaradılmasını təmin edir, texniki komandanı idarə edir və innovativ həllərin tətbiqinə nəzarət edir. Rəhbər, texnoloji strategiyanın formalaşdırılması, komanda inkişafı və müxtəlif departamentlərlə effektiv əməkdaşlıq vasitəsilə şirkətin rəqəmsal transformasiyasına mühüm töhfə verir.

Öhdəliklər

  • Front end komandalarının texniki fəaliyyətinə və standartlara rəhbərlik etmək
  • İstifadəçi təcrübəsini optimallaşdırmaq üçün komponent arxitekturası və performans yönümlü dizayn prinsiplərinin tətbiqi
  • Müasir JavaScript framework-lərinin, build sistemlərinin və UI kitabxanalarının seçilməsi və tətbiqi
  • Junior və mid-level developer-ların inkişafına dəstək, bilik paylaşımı və kod baxışının təşkili
  • Kod keyfiyyəti, test əhatəsi, accessibility və SEO kimi sahələrin standartlara uyğun şəkildə təmin olunması
  • Front end tapşırıqlarının Agile strukturuna uyğun planlaşdırılması, izlənməsi və hesabatlılığı
  • Back end, mobil, dizayn və məhsul komandaları ilə sıx koordinasiyalı iş aparmaq

Bilik və Bacarıqlar

  • HTML5, CSS3, JavaScript (ES6+) üzrə ekspert səviyyəsində biliklər
  • React.js və Next.js (SSR/SSG, App Router, Server Components) üzrə dərin biliklər
  • Redux Toolkit, React Query, Zustand, Context API ilə state management təcrübəsi
  • GraphQL və Apollo Client ilə kompleks sorğuların yazılması və optimallaşdırılması
  • TypeScript ilə komponent strukturlaşdırması və tip təhlükəsizliyi
  • Tailwind CSS, CSS Modules, Sass, BEM metodologiyası ilə advanced CSS bilikləri
  • Lighthouse, Web Vitals, Lazy loading, Code splitting ilə performans optimizasiyası
  • Jest, React Testing Library, Cypress, Playwright ilə test və keyfiyyətə nəzarət
  • WCAG standartları, semantic HTML, SSR texnikaları ilə accessibility və SEO bilikləri
  • Vercel, Netlify, GitHub Actions, Docker (frontend konteynerizasiya) ilə CI/CD və DevOps təcrübəsi
  • MUI, Ant Design, Custom UI Kits ilə komponent kitabxanalarının yaradılması və istifadəsi
  • Komanda liderliyi, mentorluq və texniki yönləndirmə bacarığı
  • Texniki strategiyanın hazırlanması və həyata keçirilməsi
  • Kod keyfiyyəti və inkişaf proseslərinin standartlaşdırılması və audit edilməsi
  • Komandanın strukturlaşdırılması və prioritetlərin müəyyənləşdirilməsi
  • Layihə planlama və resursların səmərəli bölüşdürülməsi
  • Digər komandalar və stakeholder-lərlə strateji əməkdaşlıq
  • Texnoloji yeniliklərin tətbiqində təşəbbüskarlıq və innovasiya yönümlülük
  • UI/UX dizayn strategiyalarının formalaşdırılması və istifadəçi yönümlü yanaşmanın tətbiqi
  • Front end texnologiyalarının uyğun seçimi və tətbiqində rəhbərlik
  • Komponent reuse və dizayn sistemlərinin idarə olunmasına əsaslanan inkişaf yanaşması
  • Dil bilikləri: Azərbaycan, İngilis

Təhsil və Təcrübə

  • Ali təhsil (bakalavr)
  • Müvafiq sahədə minimum 5+ il iş təcrübəsi

Bizim Təklifimiz

  • Peşəkar və dəstəkləyici komandada əməkdaşlıq və inkişaf mühiti
  • Şəxsi və peşəkar inkişaf üçün davamlı öyrənmə və təcrübə imkanları
  • Şirkətin rəqəmsal transformasiyasında real təsir yaratmaq imkanı
  • Şəffaflıq və açıq ünsiyyətə əsaslanan korporativ mədəniyyət
  • “Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Oxşar vakansiyalar