M

Mercure Hotels Baku City

Son tarix: 5 Noyabr 2026

Front Office Receptionist

Turizm və OtelçilikBakıTam Ştat5 Oktyabr 202642

Müsahibə əsasında

Vakansiya haqqında

İş yeri: Bakı şəhəri

İş rejimi: Tam ştat

Vəzifə öhdəlikləri:

  • Hotelə daxil olan qonaqları qarşılamaq və yüksək səviyyədə xidmət göstərmək;
  • Check-in və check-out proseslərini hotel standartlarına uyğun həyata keçirmək;
  • Qonaqların suallarını cavablandırmaq və hotel xidmətləri barədə ətraflı məlumat vermək;
  • Rezervasiya və qonaq məlumatlarını sistemə düzgün daxil etmək və yeniləmək;
  • Qonaqların xüsusi istəklərini qəbul etmək və aidiyyəti şöbələrlə koordinasiya etmək;
  • Qonaq sorğularını və mümkün problemləri operativ şəkildə həll etmək;
  • Kassa və ödəniş prosedurlarını hotel qaydalarına uyğun həyata keçirmək;
  • Front Office şöbəsinin digər əməkdaşları və hotel şöbələri ilə koordinasiyalı işləmək;
  • Qonaq məmnuniyyətinin və yüksək xidmət standartlarının təmin edilməsinə töhfə vermək.

Namizədə tələblər:

  • Front Office / Reception sahəsində minimum 1–2 il iş təcrübəsi;
  • Hotel sahəsində iş təcrübəsi mütləqdir;
  • Opera PMS ilə işləmə bacarığı;
  • Azərbaycan və ingilis dillərini yaxşı səviyyədə bilmək; rus dili biliyi üstünlükdür;
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Güclü ünsiyyət və qonaq xidməti bacarıqları;
  • Səliqəli, məsuliyyətli və operativ olmaq;
  • Növbəli iş qrafikində işləməyə hazır olmaq;
  • Komanda ilə işləmək və yüksək iş tempinə uyğunlaşmaq bacarığı.

İş şəraiti:

  • Rəsmi əmək müqaviləsi;
  • Peşəkar və dinamik iş mühiti;
  • Karyera inkişafı imkanları;
  • Nahar təminatı;
  • Beynəlxalq hotel şəbəkəsində işləmək imkanı.

Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Front Office Receptionist” qeyd etmələri xahiş olunur.

Oxşar vakansiyalar