Müsahibə əsasında
Vakansiya haqqında
Məkan: Bakı, Azərbaycan
Vəzifə haqqında
- ABV.AZ komandası yaradıcılığa və vizual estetikaya dəyər verən Graphic Designer axtarır.
- Əgər sən öyrənməyə açıq, təşəbbüskar və inkişaf yönümlü bir mühitdə böyüməyə hazırsansa — səni komandamızda görməkdən məmnun olarıq.
ABV komandasına Qrafik Dizayner axtarılır
Əgər dizaynı yalnız estetik yanaşma deyil, həm də brend dəyərinin formalaşdırılması və marketinq hədəflərinə çatmaq üçün strateji alət kimi görürsünüzsə, komandamızda sizi görməkdən məmnun olarıq.
Əsas vəzifə öhdəlikləri:
- Sosial media, rəqəmsal reklam kampaniyaları, e-mail marketinq materialları, təqdimatlar, çap məhsulları və digər kommunikasiya vasitələri üçün kreativ vizualların hazırlanması
- Marketinq kampaniyaları, məhsul və xidmət təşviqləri üçün konseptual dizayn həllərinin yaradılması
- Briflər əsasında vizual kontentin hazırlanması və brend standartlarına uyğunlaşdırılması
- Marketinq və kontent komandası ilə sıx əməkdaşlıq edərək effektiv kommunikasiya materiallarının hazırlanması
Namizəddən gözləntilərimiz:
- Qrafik dizayn sahəsində minimum 2–4 il iş təcrübəsi
- Sosial media, reklam, kampaniya və çap işlərini əhatə edən portfolio
- Adobe Creative Suite proqramlarında sərbəst işləmək bacarığı (Photoshop, Illustrator)
- Vizual iyerarxiya, kompozisiya, rəng nəzəriyyəsi və tipoqrafiya üzrə güclü biliklər
- Komanda ilə əməkdaşlıq, konstruktiv feedback qəbul etmə və vaxtın effektiv idarə olunması bacarığı
- Dinamik və sürətli iş mühitində yüksək məsuliyyətlə fəaliyyət göstərmək
- Motion Design və animasiya üzrə bacarıqlar (Adobe After Effects və digər müvafiq proqramlar) (üstünlükdür)
Təklif etdiyimiz imkanlar:
- Rəsmi işə qəbul
- 5 günlük iş rejimi: 09:00–18:00
- Böyük texnologiya brendləri ilə işləmək imkanı
- Peşəkar və inkişaf yönümlü komanda mühiti
- Müxtəlif marketinq layihələrində iştirak imkanı
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Qrafik Dizayner” qeyd olunmalıdır
Oxşar vakansiyalar
B
Dünən
Mobiloqraf
By Telecom • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
B
Dünən
Fotoqraf / Videograf (Event & Teambuilding)
Booo.az • Bakı
Tam Ştat
800 ₼Müraciət et
A
Dünən
Mağaza marketinqi üzrə dizayner
Azerbaijan SuperMarket • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
M
Dünən
Dizayner (səhifələyici)
Max Offset • Bakı
Tam Ştat
1000 ₼Müraciət et
O
Dünən
Dizayner
Orizon Labs • Bakı
Tam Ştat
600 ₼Müraciət et
K
6 Oktyabr 2026
Qrafik Dizayner
Khan Buta Group • Bakı
Tam Ştat
700 ₼Müraciət et